Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İcbari sığortası olmayan avtomobillər radarlarla aşkarlanacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcbari sığortası olmayan avtomobillər radarlarla aşkarlanacaq

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Daxili İşlər Nazirliyi (DİN) və İcbari Sığorta Bürosu (İSB) arasında fiziki və hüquqi şəxslərin istifadəsində olan nəqliyyat vasitələri və icbari sığorta müqavilələri üzrə məlumatların mübadiləsinə dair Razılaşma imzalanıb.

 

Reklam_3_11

MBNP-dən “"Marja"ya verilən məlumata görə, “İcbari sığortalar haqqında” Qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli Fərmanının icra edilməsi məqsədi ilə imzalanan Razılaşma DİN və İSB-nin informasiya sistemləri arasında istifadədə olan avtonəqliyyat vasitələrinin icbari sığorta müqavilələrinin yoxlanılması üzrə məlumat mübadiləsinin reqlamentini müəyyən edir.

 

Sənədə əsasən məlumat mübadiləsi mərkəzləşdirilmiş qaydada DİN-in mərkəzi informasiya sistemi ilə İSB-nin “İcbari Sığorta Məlumat Sistemi” (İSMS) arasında elektron formatda aparılacaq. İcbari sığorta müqaviləsi mövcud olmayan avtonəqliyyat vasitələri radarlar vasitəsilə aşkar ediləcək və avtonəqliyyat vasitəsi sahibləri mövcud qanunvericiliyə əsasən cərimələnəcək.

 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi olmadan avtonəqliyyat vasitəsinin istifadə edilməsinə görə fiziki şəxslər 50 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.

 

Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş zərərə görə sığorta məbləği 5000 manat, bir şəxsin həyat və sağlamlığa dəymiş zərər üzrə isə 5000 manat təşkil edir. Razılaşmanın nəticəsi olaraq ölkədə icbari sığortası olan avtonəqliyyat vasitələrinin sayının artırılmasına nail olunacaq.

 

Qeyd edək ki, cari dövrdə bu icbari sığorta növünün penitrasiyası 75%-ə çatır və inteqrasiya tamamlandıqdan sonra artması gözlənilir.

02.06.2017 12:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ