Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Ulduz Şokolad Fabriki Asiyanın ən iri sərgisində

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ulduz Şokolad Fabriki Asiyanın ən iri sərgisində
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanı təmsil edən stend Asiyanın ən böyük ticarət yarmarkasında izləyicilərin böyük marağına səbəb olub.

 

Bu barədə iyunun 4-nə qədər davam edəcək “THAİFEX-WORLD of ASİA” beynəlxalq sərgisində iştirak edən Ulduz Şokolad Fabrikinin direktor müavini Elnur Allahverdiyev bildirib.

 

E.Allahverdiyevin sözlərinə görə, fabrik sözügedən beynəlxalq sərgidə ölkəmizi qənnadı sektorunda öz sözünü demiş, raqabət qabiliyyətli keyfiyyətli məhsullar ilə təmsil edir. Fabrik rəsmisi Ulduz şokolad fabrikinin özünün bir neçə yeni çeşidləri ilə də sərgiyə qatıldığını qeyd edib.

 

“Olduqca qürürverici haldır ki, 150-yə yaxın ölkənin iştirak etdiyi Asiyanın ən iri sərgisində ölkəmizi “Made in Azerbaijan” brendi ilə böyük sevgi ilə təmsil edirik. Sərgiyə qatılan iştirakçıların əksəriyyəti Azərbaycanın stendi qarşısında ayaq saxlayaraq məhsullarımız ilə yanaşı, ölkəmiz haqqında geniş məlumatlar əldə edirlər. Bundan başqa Tailandın TV kanalları da Azərbaycanı təmsil edən Ulduz Fabriki haqqında maraqlanaraq geniş reportaj hazırlayıblar” - deyə E.Allahverdiyev vurğulayıb.

 

Qeyd edək ki, 2016-cı ildə keçirilmiş “THAİFEX-WORLD of ASİA” beynəlxalq sərgisinə dünyanın 140 ölkəsindən 42 min izləyici qatılmışdır.

 

Xatırladaq ki, 2001-ci ildən fəaliyyətə başlamış Ulduz Şokolad Fabriki yerli bazarla yanaşı dünyanın 20-dən artıq ölkəsinə məhsul ixrac edir.

02.06.2017 13:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ