Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

13 bank 2016-cı ilin audit hesabatını açıqlamayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
13 bank 2016-cı ilin audit hesabatını açıqlamayıb

 

Azərbaycanda fəaliyyət göstərən 31 kommersiya bankından 13-ü hələ də 2016-cı ilin audit hesabatını rəsmi internet səhifəsində yerləşdirməyib.

 

Həmin banklar - “AGBank”, “Amrahbank”, “Atabank”, "Azərbaycan Beynəlxalq Bankı", “Bank of Baku”, “Bank BTB”, “Bank Respublika”, “Bank VTB (Azerbaijan)”, “Dəmirbank”, “NBC Bank”, “Nikoil Bank”, “Rabitəbank” və “Turanbank” ASC-dir.

 

Banklardan 2-si - “AGBank” və “Amrahbank” açıqlama yayaraq hesabatlılıq məsələsində gecikmənin texniki səbəblərlə bağlı olduğunu bildirib.

 

Qeyd edək ki, Azərbaycan qanunverciliyinə əsasən, banklar kənar auditorun təsdiqlədiyi maliyyə hesabatını ilin qurtarmasından ən geci 5 ay müddətində, yəni mayın 31-nə qədər açıqlamalı və mətbuatda dərc etdirməlidir.

 

Maliyyə Bazarlarına Nəzarət Palatası audit hesabatını açıqlamamış banklara bunun səbəbi ilə bağlı açıqlama yaymağı tapşırıb. “Amrahbank” və “AGBank”ın atdığı addımı yaxın saatlarda digər bankların da atacağı gözlənilir.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

© Report

02.06.2017 15:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ