Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dollar "məşğulluq" göstəricisindən sonra sərt düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar "məşğulluq" göstəricisindən sonra sərt düşdü

Dollar, ABŞ-da Əmək Nazirliyi tərəfindən Cümə günü açıqlanan kənd təsərrüfatı xaric məşğulluq hesabatının proqnozdan aşağı qalmasından sonra mühüm valyutalar qarşısında dəyər itirib.


 
"Marja" xəbər verir ki, ABŞ Əmək Nazirliyi tərəfindən Cümə günü verilən məlumata görə, kənd təsərrüfatı xaric məşğulluq May ayında 138 min artım qeyd edərək, ekspertlərin 182 minlik proqnozundan çox aşağı qalıb.


Dolların 10 mühüm bazar pulu qarşısındakı dəyərini təqib edən Bloomberg Spot Dollar İndeksi, informasiyanın açıqlanmasının ardından istiqamətini aşağı çevirib. Göstərici indeks,16:46-da 0.40 faiz mənfidə 1196.45 bənd olub.
 

İnformasiyanın açıqlanmasının ardından Yen qarşısındakı iki günlük qazancını qaytaran Dollar, sərt düşüb. Dollar/yen məzənnəsi 0.63 faiz geriləyərək 110.68 səviyyəsindən əməliyyat görüb. Avro/dollar məzənnəsi 0.50 faiz qalxaraq 1.1280-dən alıcı tapıb (dollar düşüb, avro bahalaşıb).

 

Societe General-ın iqtisadçısı Omair Sharif, məşğulluq artımı bərpa olunmadığı təqdirdə Cümə günü açıqlanan məşğulluq göstəricisinin, Fed-in Sentyabr ayında qərarını çətinləşdirəcəyini bildirib.
 
 
Federal Açıq Bazar Komitəsinin (FOMC) növbəti faiz qərarı İyunun 14-də açıqlanacaq. Fedin İyunda faiz artıracağı gözlənilir.  

 

Türkiyədə fəaliyyat göstərən Azərbaycan kapitallı "Invest AZ" şirkətinin Baş direktoru Hakan Avdan  aşağı çıxan ABŞ məşğulluq göstəricisindən sonra Fed-in faiz artırmağı təxirə salacağını gözləmədiyini deyib.

 
"1 aylıq göstəricidə sapma ola, amma məşğulluq göstəriciləri yenə də yaxşıdır, iqtisadiyyat yoluna güclü olaraq davam edir kimi görünür. Göstəricinin proqnozdan aşağı qalması, mövsümi və ya digər səbəblərlə bağlı ola bilər. Bu göstəricinin Fed-in faiz artırmaq qərarını dəyişəcəyini düşünmürəm" - o deyib.


 
Avdan, İyunda faiz artırımı gözlədiyini və il sonunda daha bir faiz artırımı da ola biləcəyini ifadə edib.

02.06.2017 16:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ