Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 5% artıb
Bu ilin 5 ayı ərzində Gürcüstana gələn turistlərin sayı 25% artıb.
Bu barədə mətbuat konfransında Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Giorgi Çoqovadze məlumat verib. Onun sözlərinə görə, 2017-ci ilin yanvar ayından başlayaraq may ayı da daxil olmaqla ölkəyə 2 329 677 turist gəlib və bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 206 736 nəfər çoxdur.
Təkcə may ayında Gürcüstana 552 958 turist gəlib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 29 867 nəfər və ya 5,7% çoxdur.
G. Çoqovadze 5 ay ərzində Azərbaycandan gələn turistlərin sayında 5% artım olduğunu vurğulayıb. O, hesabat dövründə Ermənistandan Gürcüstana gələn turistlərin sayının 13,2%, Rusiyadan gələnlərin sayının 22,1%, İrandan gələn turistlərin sayının 3,24 dəfə artığını bildirib. Bu ölkələrin əksinə Türkiyədən Gürcüstana səfər edənlərin sayında 17,8%-lik azalma qeydə alınıb.
Onun sözlərinə görə, Avropa ölkələrindən gələn turistlərin sayında ənənəvi olaraq artım tempi qorunur. Belə ki, Hollandiyadan Gürcüstana gələn turistlərin sayı 34%, Almaniyadan 27%, Fransadan 27%, Böyük Britaniyadan 22% və Polşadan 21% artıb. Bildirilib ki, İrandan Gürcüstana səfər edənlərin sayı 3,24 dəfə, Özbəkistandan 2,9 dəfə, Hindistandan 2,23 dəfə, İsraildən 55% və Çindən gələn turistlərin sayında 40% artım olub.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
-
9 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
12 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
14 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl