Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bu ölkədə həddindən çox işləməyə görə ölümlər artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu ölkədə həddindən çox işləməyə görə ölümlər artır

Dünyada iş saatlarının ən uzun olduğu ölkələrdən biri olan Yaponiyada hədsiz işləmələri nəticəsində ölənlərin sayı sürətlə artır. Ölənlər arasında hələ 30 yaşını keçməmiş xeyli sayda gənc da var.


 
"Marja" BBC-yə istinadən xəbər verir ki, Yaponiyada son dövrlər bir çox gəncin çox işləməsi nəticəsində həyatını itirməsi, ölkədə uzun iş saatları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Həddindən artıq işləməyə görə ölüm mənasına gələn "karoşi" hallarında çox böyük bir artım olduğu bildirilir. Rəsmi rəqəmlərə görə, ölkədə hər il yüzlərlə insan həddindən artıq çalışdığına görə həyatını itirir.
 

Reklam_3_11


Yaponiyada şirkətlərin dörddə birində işləyənlər, iş saatları xaricində ayda 80 saatdan çox iş görür. İşçilərin 12%-i üçün isə bu müddət ayda 100 saata çatır. Ekspertlərə görə, bu qədər çox işləmək infarkta səbəb olur və intiharları artırır.


 
 BBC-yə danışan Miçiyo Nişiqaki, iki il əvvəl oğlu Naoyanı 27 yaşında itirmişdir. Oğlunun məzun olduqdan sonra böyük bir Yapon telekommunikasiya şirkətində işləməyə başladığını bildirən Nişiqaki, Naoyanın bir neçə dəfə ya son gecə qatarı ilə evə qayıda bildiyini, ya da elə işdə yatmaq məcburiyyətində qaldığını bildirir.


 
 BİRÇOX GƏNC BAŞQA ŞANSLARI OLMADIĞINI DÜŞÜNÜR


 
2015-ci ildə bir reklam şirkətində çalışan 24 yaşlı Matsuri Takahaşinin Milad gecəsi intihar etməsi ölkədə böyük səs salmışdı. Gənc qadının gündə iş saatından sonra ən az 4 saat işdə qaldığı ortaya çıxmışdı.


 
Bir çox gənc işçi, Yaponiya iş dünyasındakı həddindən artıq rəqabətli mühit səbəbindən iş tapmağın çox çətin olduğunu və artıq işləməyi qəbul etməkdən başqa şansları olmadığını deyir. Rəsmi rəqəmlərə görə, ölkədə işçilərin 35%-i illik 20 gün istirahət hüququnu demək olar ki, heç istifadə etmirlər.


 
Hökumət isə iş şərtlərini şirkətlərin xeyrinə müəyyən etməklə və artıq işi məhdudlaşdıracaq tədbirlər görməməklə tənqid edilir.

04.06.2017 13:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ