Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan traktor ixracına başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan traktor ixracına başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gəncədə minipambıqyığan kombayn istehsal edilib

 

Reklam_3_11

Ölkəmizdə pambıqçılığın yenidən inkişaf etdirilməsinə başlanılmışdır. Bunun üçün hazırda dövlət vəsaiti hesabına maddi-texniki baza yaradılır. Bu sırada isə ən vacib iş uzun illər səmərəsiz qalaraq sıradan çıxmış texnika və avadanlıqların yenilənməsi istiqamətində işlərin həyata keçirilməsidir.

 

"Marja" xəbər verir ki,  Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin direktoru Kamran Nəzərov bildirib ki, keçən il zavodun mütəxəssislərindən bir qrupu Belarusa ezam edilərək yeni texnologiyaların mənimsənilməsi istiqamətində iş təcrübəsi qazanıb: "Artıq  “Belarus” traktorlarının bazasında minipambıqyığan kombayn istehsal edilmiş və onlar Goranboyun Muzdurlar kəndində sınaqdan keçirilmişdir. Nəticə sevindirici olmuşdur”.

 

Qeyd etmək lazımdır ki, həmin minikombaynlar iqtisadi cəhətdən fermerlər üçün çox səmərəlidir. Birincisi “Belarus” traktorunun arxa hissəsinə qoşulmuş pambıqyığan aqreqat məhsul yığımı başa çatan kimi açılaraq növbəti ilin məhsul  yığımına saxlanılır. Traktor isə digər kənd təsərrüfatı işləri üçün yenidən istifadə edilir. İkincisi, manevr imkanları geniş olduğundan onunla istənilən yerdə həm düz, həm də dağlıq ərazilərdə əkilən pambığı yığmaq mümkün olur.

 

Pambıqçılıqda ən çox istifadə olunan və el arasında üçtəkərli traktor adlanan texnikanın istehsalı da razılıqla qarşılanmışdır. Hazırda zavodun konveyerində pambıqçılar üçün “MTZ-80X”, “MTZ-1221” və “MTZ-1025” markalı traktorların  yığımı gedir. Bu günlər isə “MTZ-1523” markalı traktorun yığımına başlanılmışdır. Belə traktorlara böyük tələbat olduğundan sifariş də çoxdur. Bundan başqa, müəssisədə kartofyığan, çuğundurçıxaran, otbiçən və s. avadanlıqların, eləcə də süd, yağ və su daşıyan təkərli çənlərin istehsalı üçün geniş imkanlar vardır. Əgər sifariş olarsa, bu avadanlıqların istehsalını təşkil etmək mümkündür.

 

FERMER AYDA CƏMİ 180 MANAT KREDİT ÖDƏYİR

 

Gəncə Avtomobil Zavodunda istehsal edilən traktor və avadanlıqların qiymətinə gəldikdə, demək olar, bütün qiymətlər fermerləri qane edir. Belə ki, hər hansı texnika fermerə çatana kimi dövlət xətti ilə ödənişlər edilir. Məsələn, “Aqrolizinq” MMC traktorun dəyərinin 20 faizini qabaqcadan ödəyir. Dəyərin 40 faizi dövlət, qalan 60 faizi isə 10 il müddətinə fermer tərəfindən ödənilir. Bu o deməkdir ki, fermer ayda cəmi təxminən 180 manat kredit ödəyir.

 

İLİN ƏVVƏLİNDƏN 500 TRAKTOR YIĞILIB

 

İlin əvvəlindən indiyədək zavodda 500-dək traktor yığılmışdır. Tələbatı nəzərə alan kollektiv bu rəqəmi yaxın vaxtlarda 1200-ə çatdıracaq. Qeyd edək ki, ehtiyac çox olduğundan müəssisədə 6 tonluq yükünü özüboşaldan qoşquların da istehsalına başlanılmışdır. Həmin qoşqular bütün növ kənd təsərrüfatı məhsullarının, o cümlədən pambığın daşınmasında istifadə olunur.

 

TÜRKİYƏYƏ İXRAC ÜÇÜN DANIŞIQLAR APARILIR

 

Müəssisə istehsal etdiyi traktor və kənd təsərrüfatı avadanlıqlarının xarici ölkələrə ixrac olunması istiqamətində də çalışır. Keçən il bağlanmış müqaviləyə əsasən Gürcüstana 15 traktor satılmışdır. Hazırda Türkiyə şirkətləri ilə danışıqlar aparılır. Danışıqlar müsbət nəticələnsə, qardaş ölkədə traktor və qoşquların satışı təşkil ediləcək.

05.06.2017 05:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ