Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bu məhsula tələbat artıb, SOCAR istehsalı artıracaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu məhsula tələbat artıb, SOCAR istehsalı artıracaq

2017-ci ilin yanvar-may aylarında “SOCAR Methanol MMC” 70 min 252,57 ton metanol istehsal edib. Bu barədə MMC-dən məlumat verilib.

 

Reklam_3_11

“Yanvarın 1-dən iyunun 1-dək Metanol zavodunda 70 min 252,57 ton metanol istehsal edilib. Metanolun aralıq kimya maddəsi olduğuna, həmçinin hazırda bu kimyəvi məhsula tələbat artdığına görə, perspektivdə “SOCAR Methanol”un istehsal potensialını artırmaq planlaşdırılır”, - deyə məlumatda vurğulanır.

 

Xəbər verildiy kimi, matanol zavodunda istehsal olunan məhsullar əsasən Türkiyə, Qərbi Avropa və Aralıq dənizi hövzəsi ölkələrinə ixrac olunur. Eyni zamanda yeri bazarın tədqiqi istiqamətində işlər davam etdirilir.

 

2016-cı ilin noyabr ayından etibarən “SOCAR Methanol MMC” tərəfindən idarəetməsi təhvil alınan Metanol zavodu cari ilin yanvar ayından indiyədək yeni struktur və idarəetmə prinsipləri əsasında istehsal prosesini yenidən bərpa edib.

 

Xəbər verildiyi kimi, Vergilər Nazirliyi noyabrın 4-də "SOCAR Methanol" MMC-ni 10 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb.

 

Metanol zavodu Bakının Qaradağ rayonunda Azərbaycan Metanol Şirkəti (AzMeCo) tərəfindən inşa edilib. 2015-ci ildə AzMeCo zavodun tikintisinə $500 mln.-a yaxın investisiya yatırıb. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir. 2015-ci ilin sonunda zavod fəaliyyətini dayandırıb.

 

SOCAR zavodu “Aqrarkredit” QSC-dən alıb. Məhkəmənin qərarı ilə zavod ABB-dən “Aqrarkredit”in sərncamına verilib

05.06.2017 09:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ