Prezident iqtisadi canlanmanın başlayacağını elan etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezident iqtisadi canlanmanın başlayacağını elan etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“İlk sosial mənzil tikintisi layihəsi olan Yasamal Yaşayış Kompleksi layihəsinin icra edilməsi nəticəsində inşaat sektoru da canlanacaq”.

 

“Marja” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Yasamal Yaşayış Kompleksində ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində bildirib.

 

“Bu il inşaat sektorunda tənəzzül yaşanır. Əgər biz ümumi daxili məhsulumuzun inkişafının və tənəzzülünün dinamikasına nəzər salsaq görərik ki, bu gün ümumi daxili məhsulu aşağı aparan amil inşaat sektorundakı tənəzzüldür. Bunun da iki səbəbi var. Dövlət investisiyaları azalıb, bu da təbiidir. Çünki bizim gəlirlərimiz azalmışdır və biz ilk növbədə, öz gəlirlərimizi sosial məsələlərin həllinə yönəltmişdik. Onu da qeyd etməliyəm ki, bu il, bir dənə də olsun, sosial proqram ixtisara düşmədi. Bu, birinci məsələdir. Digər səbəb isə əlbəttə ki, sahibkarlar da mənzil inşaatına az fikir verməyə başlamışlar. Ona görə Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti və icra ediləcək digər layihələr nəticəsində biz inşaat sektorunu canlandıracağıq. Bu, özlüyündə böyük bir hərəkətə, canlanmaya gətirib çıxaracaq, inşaat sektorunda minlərlə iş yeri yaradılacaq. Eyni zamanda, inşaat materialları ilə məşğul olan, onları istehsal edən şirkətlər də öz fəaliyyətini bərpa edəcək, genişləndirəcəklər. Beləliklə, bu layihənin ölkə iqtisadiyyatına da çox müsbət təsiri olacaqdır.

 

Nəzərə alsaq ki, son illərdə ölkəmizdə aparılan islahatlar və şaxələndirmə siyasəti nəticəsində biz demək olar ki, əsas tikinti materialları ilə özümüzü təmin edirik, bu layihələrin icrasında biz idxal komponentindən asılı olmayacağıq. Mənə verilən məlumata görə, bu binaların tikintisində istifadə ediləcək materialların 80-90 faizi Azərbaycan istehsalı olacaqdır və ilk növbədə, biz idxala tələbatımızı azaldacağıq. Digər tərəfdən yerli şirkətlər də inşaat materiallarını istehsal edərək öz maddi imkanlarını yaxşılaşdıracaqlar. Mən özəl sektora da müraciət edirəm. Biz 2017-ci ildə inşaat sektorunda çox böyük bir inkişaf görəcəyik. Bax, bu gün Azərbaycanda sosial binaların tikintisi, icra edilən digər layihələr çox böyük canlanmaya gətirib çıxaracaqdır",- Azərbaycan Prezidenti bildirib.

24.12.2016 20:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ