Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Kapital Bank" yeni Kart Mərkəzini istifadəyə verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kapital Bank" yeni Kart Mərkəzini istifadəyə verdi

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələri həyata keçirir. 

 

Reklam_3_11

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, Bakı şəhəri üzrə yeni Nərimanov Kart Mərkəzi filialının açılışını misal göstərmək olar. Ölkənin maliyyə bazarında yeniliyə imza atan Kapital Bank kart mərkəzinin açılışı ilə fərqli, lakin daha müasir və rahat bank xidmətlərini müştərilərinə təqdim edir.

 

Bakının Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi 13 (Nərimanov parkının yanında) ünvanında yerləşən mərkəz müştərilərə kartların verilməsi və bir sıra bank əməliyyatları üzrə xidmətləri (hüquqi / fiziki şəxslərə hesabların açılması, əmanətlərin cəlb edilməsi, hesablaşma-kassa xidmətləri, pul vəsaitlərinin və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlərin göstərilməsi) həyata keçirəcək.

 

“Kapital Bank-ın Binəqədi, Şuşa, Nərimanov, Nəsimi, Cəfər Cabbarlı, Yasamal, İçəri Şəhər, Səbail və Xətai filiallarının müştəriləri artıq Bakı şəhər Təhsil İdarəsinin əmək haqqı layihələri, sosial, pensiya və digər kartlarını yeni mərkəzdən əldə edə biləcəklər. Həmçinin fiziki məhdudiyyəti olan müştərilər üçün evlərdə səyyar xidmət göstərilir. Bunun nəticəsində filialların iş yükü azalacaq və müştərilər minimum vaxt sərf edərək digər əməliyyatlar həyata keçirə biləcəklər. Yaxın gələcəkdə ölkə üzrə digər Kart Mərkəzlərinin də açılacağı planlaşdırılır”, - deyə, Kapital Bank-ın Korporativ Bankçılıq departamentinin direktoru Fərid Hidayətzadə bildirib.

 

Qeyd edək ki, hazırda Kapital Bank-ın dövriyyədə 3 milyona yaxın ödəniş kartı vardır. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyəti milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. Kapital Bank-ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS terminalı vardır.

05.06.2017 10:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ