Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Daha iki "Şəbəkə" fəaliyyətə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha iki "Şəbəkə" fəaliyyətə başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti “Şəbəkə” xidmət mərkəzlərini istifadəyə verib.

Reklam_3_11

 

Bakının Xəzər (Sergey Yesenin küçəsi 102) və Yasamal (Hüseyn Cavid prospekti 19) rayonlarında yerləşən “Şəbəkə” xidmət mərkəzlərində bütün növ telekommunikasiya, poçt, bank və maliyyə xidmətləri təşkil edilib.

 

‪Bu barədə “Azərpoçt”un mətbuat katibi Günel Gözəlova məlumat verib. Bildirilib ki, Xəzər və Yasamal rayonlarının sakinləri telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi və aviabiletlərin alınması üçün bu mərkəzlərə müraciət edə bilərlər.

 

‪Mərkəzlərdə vətəndaşlara fasiləsiz olaraq həftənin iş günlərində səhər saat 9-dan axşam saat 7-dək, istirahət günləri saat 9-dan 6-ya dək xidmət göstərilir.

 

‪“Şəbəkə”nin yaradılmasında əsas məqsəd əhaliyə mərkəzləşdirilmiş qaydada yüksək standartlara uyğun xidmət göstərməkdir.

 

‪Xidmətlərin vahid məkanda cəmlənməsi, eyni zamanda, vətəndaşların vaxt itkisini aradan qaldırmağa və nağdsız ödənişləri stimullaşdırmağa hədəflənib.

 

‪Bakı şəhərində ilkin mərhələdə 10-a yaxın belə xidmət mərkəzinin açılması nəzərdə tutulur. Hazırda Yasamal rayonunda ikinci, Binəqədi rayonunda isə ilk “Şəbəkə” xidmət mərkəzinin açılması üçün təmir-tikinti işləri aparılır və yaxın zamanlarda onların istifadəyə verilməsi gözlənilir.

 

‪Gələcəkdə respublikamızın regionlarında da “Şəbəkə” xidmət mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır.

05.06.2017 11:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ