Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Diplomatik krizin Qətər iqtisadiyyatına xeyli ziyan vuracağı bildirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Diplomatik krizin Qətər iqtisadiyyatına xeyli ziyan vuracağı bildirilir

Səudiyyə Ərəbistanının xəbər saytı "El Arabiya", Ərəb dünyasında baş verən diplomatik böhranın iqtisadiyyata təsiri ilə bağlı bir yazı dərc edib. Yazıya görə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Misir və Yəmənin Qətət ilə diplomatik əlaqələri kəsməsi Qətər iqtisadiyyatını alt-üst edə bilər.


 
 Böhrandan sonra Qətər Birjası bu gün səhər bir saat içində 7.6 faiz geriləyib.


 
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir, Qətər ilə dəniz və quru əlaqəsini bağlayıb və iki ölkə arasında bütün səyahətlər dayandırılıb. Dörd ölkə Qətər ilə ticarət əlaqələrinə də tamamilə təxirə salıb. Bu vəziyyətin Qətərin ixracını yaxın perspektivdə mənfi təsir göstərməsi gözlənilir.


 
Bölgədəki bir çox hava yolu şirkətinin Dohaya uçuşları dayandırması da Qətər iqtisadiyyatında sarsıntı yaradacaq bir hadisə kimi görünür.


 
Səudiyyə Ərəbistanı və BƏƏ, Qətərə ən çox ərzaq məhsulu ixrac edən iki ölkədir. 2015-də bu iki ölkədən Qətərə ərzaq ixracı 310 milyon dollar təşkil etmişdi. Ticarət əlaqələrinin dayandırılması Qətərdə ərzaq məhsullarında ciddi bir azalmaya yol aça bilər.


 
 2022 Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşan Qətərin, Səudiyyə Ərəbistanından avadanlıq ixracının dayanması ilə tikinti sahəsindəki layihələri necə reallaşdıracağı də maraq mövzusudur.

05.06.2017 13:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ