Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Aqrolizinq”in sədrinə ciddi xəbərdarlıq edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Aqrolizinq”in sədrinə ciddi xəbərdarlıq edilib

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Aqrolizinq” ASC lizinq şirkətuinin sədrinə ciddi xəbərdarlıq edilib. Bu barədə "Marja"ya nazirlikdən məlumat verilib.

 

“Fəaliyyətində ciddi nöqsanlara görə “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədova ciddi xəbərdarlıq, səhmdar cəmiyyətin Damazlıq heyvanların tədarükü, satışı və lizinqi şöbəsinin müdiri Kamil Şamilova isə şiddətli töhmət verilib”, - deyə nazir Heydər Əsədov kollegiya iclasında bildirib.

 

Bundan başqa, ASC-nin Sabirabad Regional Nümayəndəliyinin direktoru Şakir Həsənov, Ağcabədi Regional Nümayəndəliyinin direktoru Atamoğlan Babayev, Ağsu rayon bölməsinin rəhbəri Tofiq Abdullayev və Şamaxı rayon bölməsinin rəhbəri Sərxan Fətullayev tutduqları vəzifədən azad olunublar.

 

“Həmçinin Xaçmaz Regional Nümayəndəliyinin direktoruna, Səhmdar Cəmiyyətin Saatlı, Tovuz və Ağdaş rayon bölmələrinin rəhbərlərinə şiddətli töhmət, Qazax və İsmayıllı rayon bölmələrinin rəhbərlərinə töhmət verilib”, - deyə məlumatda vurğulanır.

 

Nazir ASC-nin fəaliyyətində mövcud olan nöqsan və çatışmazlıqların, xüsusi ilə də gübrələrin anbarlarda mövcud təlimata və qaydalara uyğun saxlanılması, satışdan, həmçinin qısa müddətli lizinqə verilən taxılyığan kombaynlar, traktorlar və digər kənd təsərrüfatı texnikalarının istifadəsindən daxil olan vəsaitlərin vaxtlı-vaxtında ödənilməsinin təmin olunması, elektron kənd təsərrüfatı sisteminin təkmilləşdirilməsi, fermerlərin texnika və gübrəyə olan tələbatlarının əvvəlcədən müəyyənləşdirilməsi, texnikadan səmərəli istifadə olunması, gübrə anbarlarının müasir standartlar səviyyəsində qurulması üçün təkliflərin hazırlanması, bu sahədə qısa müddətdə dönüş yaradılması barədə tapşırıq verib. 

05.06.2017 17:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ