Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Cənubi Sudan neft axtaracaq şirkətlərə tərəfdaşlıq təklif edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Cənubi Sudan neft axtaracaq şirkətlərə tərəfdaşlıq təklif edir

Cənubi Sudanın neft naziri Ezekiel Lol Gatkuoth, ölkədə gedən vətəndaş müharibəsi səbəbindən ziyan görən sənaye müəssisələrinin yenidən qurulması üçün investisiyaya ehtiyac olduğunu bildirərək, "Cənubi Sudanda neft kəşfiyyatı və hasilatı sahəsində fəaliyyət göstərmək istəyən şirkətlərə dövlət  və yerli özəl şirkətlərimiz vasitəsilə tərəfdaşlıq təklif edirik" deyib.


 
Gatkuoth, "Afrika Neft və Enerji Konfransı 2017"də (Africa Oil&power 2017) çıxışında, beynəlxalq enerji şirkətlərini Cənubi Sudana investisiya yatırmağa dəvət edib.
 


Cənubi Sudanda dünya standartlarında neft olduğunu ifadə edən Gatkuoth, enerji sənayesinin gələcək inkişafın əsasını təşkil edəcəyini deyib.
 


Gatkuoth, ölkədəki neft resurslarının 70%-inin hələ kəşf edilmədiyini dilə gətirərək, "Gələcək on il üçün ixracata yönümlü sənaye inkişaf etdirəcəyik. Avropa, Amerika və Asiyadakı beynəlxalq və dövlət neft şirkətlərindən investisiya alacağıq. 2011-də müstəqilliyimizi əldə etməyimizdən sonra neft hasilatımız gündə 130 min barelə çatıb",- deyə bildirib

 

06.06.2017 05:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ