Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

SOCAR daha bir Petkim yaradacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR daha bir Petkim yaradacaq

Petkim-in sahibi SOCAR, "ikinci Petkim" investisiyası üçün hazır olduğunu açıqlayıb.


 
"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "SOCAR Türkiyə" şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyev, hədəf seçdikləri "kimya parkı" investisiyası ilə idxalı əvəz edən məhsullar istehsal edəcəklərini deyib.

Reklam_3_11


 
Əliyev, "Petkim Yarımadasında neft-kimya məhsullarının istehsalı üçün yeni bir sərmayə üzərində çalışırıq. Ciddi bir şəkildə hökumətlə təmaslarımız var, isti baxırlar. Yeni qurğu "ikinci bir Petkim" ola bilər. İnvestisiya məbləği isə dəqiq deyil, amma təxminən 3 milyard dollar təşkil edir. Petkimdə yeni güc artımı üçün yer qalmadı. Yeni investisiya Petkimin yanında olmalıdır. Bunun "strateji investisiya" çərçivəsində qiymətləndirilməsi üçün hökumətlə danışıqlarımız var. Bu bizə böyük üstünlük verəcək" deyib.

 

SOCAR 2008-ci ildə Petkimi  2 milyard 40 milyon dollara satın almışdı. Şirkət indiyədək Petkimə 730 milyon dollar da investisiya yatırıb.

 

SOCAR Türkiyəyə 2020-ci ilə qədər 18 milyard dollar investisiya yatırmağı planlaşdırır. Bu günə qədər 11 milyard dollar investisiya yatırılıb. Star Neftayırma Zavod, Petkim, külək enerjisi stansiyaları və s. SOCAR-ın layihələridir. 

06.06.2017 05:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ