Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

SOCAR Türkiyədə yeni şirkət ala bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Türkiyədə yeni şirkət ala bilər

SOCAR Türkiyədə maye yanacaq satışı sektorunda yer almağı planlaşdırır.


"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu "SOCAR Türkiyə" şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyev bildirib.

 

O, "Satış sektorunda da yer almaq üçün Petrol Ofisi-nin satışı ilə maraqlandıq. Ancaq qiymət səbəbi ilə çəkildik. Ya yeni şirkət qura bilərik və ya başqa satınalma edə bilərik" deyib.

 

Qeyd edək ki, SOCAR Türkiyədə  Star Neftayırma Zavodunu inşa edir. Zavodun inşası 2018-ci ildə tamamlanacaq. Bundan başqa, SOCAR Türkiyədə neft məhsulları istehsal edən PETKİM-in sahibidir. Şirkət Petkim yarımadasında neft-kimya məhsullarının istehsalı üçün yeni bir layihə üzərində də çalışır. "Yeni layihə "ikinci bir Petkim" ola bilər", - Vaqif Əliyev bildirib.

 

Xəbər verdiyimiz kimi, Avstriyanın enerji şirkəti OMV-nin 100 faiz səhminə sahib olduğu Petrol Ofisi-ni 1 milyard 368 milyon avroya Hollandiyanın "Vitol Group" şirkətinə satıb. SOCAR və  Saudi Aramco şirkətləri də Petrol Ofisi-ni almaq niyyətində idi. 

 

0% KREDİTLƏ OFİS MEBELİ!

 

SOCAR 2008-ci ildə Petkimi 2 milyard 40 milyon dollara satın almışdı. Şirkət indiyədək Petkimə 730 milyon dollar da investisiya yatırıb.

06.06.2017 05:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ