Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək

08 iyun 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC – nin (AİF) AZ2017008684 dövlət qeydiyyat nömrəli, adlı sənədsiz faizli istiqrazlarının kütləvi təklif qaydasında yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcəkdir.

 

İstiqrazların buraxılış parametrləri aşağıdakılardır:

 

Dövlət qeydiyyat №-si

AZ2017008684

Hərraca çıxarılan həcm (nominal qiymətlə)

10 000 000 AZN

Bir istiqrazların nominal qiyməti

1000 АZN

İstiqrazların tədavül müddəti

7560  gün

İstiqrazlar üzrə gəlirlilik

3 %

 

İstiqrazların buraxılış şərtlərinə əsasən, bir istiqrazın satış qiyməti 1005.25 AZN təşkil edəcəkdir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

 

AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

 

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

06.06.2017 06:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ