Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Yarpağı meyvəsindən bahadır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yarpağı meyvəsindən bahadır

Türkiyənin Malatya bölgəsində yetişdirilən "Dalbastı" gilasının kiloqramı 3-5 lirədən satılarkən, yarpağı 17 lirədən alıcı tapır.


 
"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Malatiyanın Yeşilyurt rayonunda istehsal edilən və böyük bir qismi ixrac edilən "Dalbastı" gilasının yarpağı, meyvəsindən daha baha qiymətə satılır. Gilas yarpağını, restoranlar və marketlər kiloqramını 15-17 lirədən alırlar.


 
Yeşilyurt Kənd Təsərrüfatı Palatasının sədri Doğan Solmaz, rayonda "Dalbastı" gilasının mühüm bir gəlir mənbəyi olduğunu deyib.


 
Yerli xalqının bağçalarda gilas yarpağı topladığını, bunların bir qismini ipə taxaraq qurutduğunu deyən Solmaz, yarpaqların bir qisminin də mövsümündə dolma bükülməsində istifadə edildiyini deyib.


 
Solmaz,  "Şəhər mərkəzindən ailələr rayona gələrək, gilas yarpağı toplayır, hətta bir restoran, müştərilərinin damaq dadına uyğun yarpaq bürüməsi edə bilmək üçün rayonumuzdan bir tona yaxın gilas yarpağı tələb edib.
 
Bununla bərabər bəzi marketlər də bizdən gilas yarpağı istəyib, amma gilas yarpağının toplanması həm bir az əziyyətli olduğundan, həm də yerli insanların çoxunun yarpaq satmağa utandığı üçün toplayıb satmırlar. Halbuki, bu bir gəlir mənbəyidir. İnsanlarımız əmək verdiyi bu ağacdan hər cür istifadə etməlidirlər" deyə bildirib.
 


Solmaz, gilasın kiloqramını 3-5 lirədən satdıqlarını vurğulayaraq, "Buna baxmayaraq, yarpağı meyvəsindən daha çox pul edir.
 


Restoranlar və marketlər yarpağın kiloqramını 15 -17 lirə arasında alırlar. İnsanlarımız pul etmədiyini düşündükləri üçün yarpaq satmırlar. Gilasın sapı da pul etməkdədir Fermerlərimiz gilasın yarpağını və meyvə sapını sataraq qazanc əldə edə bilərlər" deyə əlavə edib.

06.06.2017 06:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ