Apple yeni məhsullarını tanıdıb
ABŞ-ın texnologiya nəhəngi Apple, əməliyyat sistemi, kompüter və planşetlərindəki yenilikləri təqdim edib.
"Marja" xəbər verir ki, Apple-ın ənənəvi WWDC Konfransı bu il Kaliforniyanın San Jose şəhərində təxminən 5 min 300 proqramçının iştirakı ilə keçirilib.
Konfransda nildirilib ki, payızda yeni iPhone ilə bazara çıxarılması gözlənilən iOS 11 əməliyyat sistemi sayəsində istifadəçilər bir-birlərinə mesaj atmaq kimi pul transferi reallaşdıra biləcəklər.
Bundan başqa, Apple-ın səsli əmr tətbiqi Siri-nin, İngilis, Çin, Fransız, Alman, İtalyan və İspan dillərində səsli tərcümə edə biləcəyi, ağıllı saat Apple Watch-ın yeni əməliyyat sistemi olan WatchOS 4-də, səsli əmr tətbiqi Siri-nin daha geniş rol oynayacağı qeyd olunub.
Apple-ın masaüstü kompüteri kimi tanınan iMac üçün "macOS High Sierra" adlı yeni bir əməliyyat sistemi hazırlayıb. İnternet brauzeri "Safari" sayəsində istifadəçilərin ziyarət etdikləri internet səhifələrində avtomatik oynayan videoların əngəllənəcəyi qeyd edilib.
Şirkət, həmçinin, proqramçıların yeni tətbiqlər hazırlaya biləcəyi "Metal 2"ni də təqdim edib, bu sayədə "virtual reallıq" (VR) tətbiqlərinin inkişaf etdirilə biləcəyi qeyd edilib.
Intel 7-nci generasiya prosessora malik yeni iMac masaüstü kompyuterin 21,5 inch (54,6 santimetr) ekrana malik modelinin 32 GB yaddaşa, 27 inch (68,8 santimetr) ekrana malik modelin də 64 GB yaddaşa malik olacağı qeyd edilərkən, hər iki modelin 80 faiz daha sürətli qrafik prosessora sahib olacağı bildirilib.
Apple, notbuk kompüteri MacBook-da da yenilik etdiyini bildirib. 13 inch (33 santimetr) ekrana sahib olan MacBook Pronun 3,5 GHZ sürətə, 15 inch (38,1 santimetr) ekrana sahib olan MacBook Pronun da 3,1 GHZ sürətə malik olacağı qeyd edilib.
Apple-ın planşeti iPad-ın da inkişaf etdirildiyi bildirilib. 10,5 inch (26,7 santimetr) ekrana və 12,9 inch (32,8 santimetr) ekrana malik yeni iPad Pro-ların arxalarında 12 meqapiksel, qarşılarında də 7 meqapiksel-ə malik kameraların yerləşəcəyi məlumatına yer verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
6 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 6 saat əvvəl
-
6 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
7 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl