Nazrlik borclular barədə məlumatları İnternetə yerləşdirdi
Mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotu ilə bağlı fəaliyyətin yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi veb-saytında yeni informasiya resursu yaradılıb.
Nazirlikdən bildirilib ki, bu ilin iyunundan etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsilə vətəndaşlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə edə bilərlər.
Bunun üçün DİN-in mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiqləməklə lazımi informasiyanı almaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
10 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 11 saat əvvəl
-
11 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
12 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl