Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

AccessBank cəlbedici əmanət kampaniyasına başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
AccessBank cəlbedici əmanət kampaniyasına başladı

Bankın 15 illiyi ilə bağlı növbəti silsilə kampaniya

 

Reklam_3_11

AccessBank 15 illiyi ilə bağlı müştəriləri yeni kampaniyalarla sevindirməyə davam edir.

 

"Marja" xəbər verir ki, Bank stabilliyə üstünlük verən müştərilər üçün “Sabit əmanət” kampaniyasına start verib. Bu kampaniya sayəsində müştərilər manatla əmanət hesabı açıb, vəsaiti ABŞ dolları valyutasında da geri götürə bilərlər. Müştərilər istəklərinə uyğun olaraq həm əmanət müddətinin sonunda, həm də əmanət vaxtından əvvəl bağlanarsa bu imkandan faydalana bilərlər.

 

Kampaniya çərçivəsində açılan əmanətlərə 15%-dək faiz dərəcəsi tətbiq olunur. Bu təklifdən həm fiziki, həm də hüquqi şəxslər 30 iyun 2017-ci il tarixinədək yararlana bilərlər. Xatırladaq ki, AccessBank-da açılan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

 

“Sabit əmanət” haqqındadaha ətraflı məlumatı Bankın rəsmi internet saytından, Facebook səhifəsindən və 151 Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür. 

 

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir. 

06.06.2017 08:59

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ