Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İcra başçısı ilə sahibkar arasında torpaq qalmaqalı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcra başçısı ilə sahibkar arasında torpaq qalmaqalı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İmişli rayon Sərxanlı kənd sakini Elxan Tarverdiyev sözügedən rayonun icra başçısı Vilyam Hacıyevdən şikayətçidir. 

 

Reklam_3_11

“Marja” “Qafqazinfo”ya istinadən xəbər verir ki, şikayətçinin sözlərinə görə, icra başçısı ona məxsus olan 70 hektar torpağın 45 hektarını əlindən alaraq pambıq əkdirib:

 

“Mən 2005- ci ildən həmin torpaqdan istifadə edirəm. Mal-qara təsərrüfatı ilə məşğulam. 2015- ci ildə Sahibkarlığa Kömək Milli Fondundan 3 illik müddətə 15 min manat kredit götürmüşəm. Ayda 900 manat borc ödəyirəm. Həmin fermanının tikilməsi üçün bu günə qardaşlarımla birgə 100 min manat pul xərcləmişik. Qalan 25 hektar torpaqda mal-qara saxlamaq mümkün deyil. 2017- ci ildə Nazirlər Kabinetinin qərarında göstərilir ki, istifadədə olan torpaq dövlət ehtiyacına görə alınırsa, sahibkara dəyən ziyan ödənilməlidir, ya da o başqa torpaq sahəsi ilə təmin edilməlidir.  Torpaq dövlətə məxsusdur, ancaq icarə müqaviləsi ilə 2020- ci ilə qədər mənim icarəmdədir.

 

İcra başçısı ilə qəbulda mənə deyib ki, sənə başqa torpaq sahəsi verəcəm. Başqa torpaq sahəsini hardasa bir boş ərazidən verəcək. O mənim nəyimə lazımdır? Bura çəkdiyim 100 minlərlə manat  pul və hazırda ödədiyim kreditin taleyi necə olacaq?”.

 

TORPAQ "GİLAN HOLDİNQ"Ə VERİLİB

 

Sözügedən şikayətlə bağlı İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevlə əlaqə saxlanıb. O, bildirib ki, baş nazirin qərarı ilə İmişlidə 125 mülkiyyətçinin torpağının təyinatı dəyişdirilərək “Gilan Holdinq”ə pambıq əkilməsi üçün verilib:

 

“Həmin sahibkar dəymiş ziyanın ödənilməsini istəyirsə, bilməlidir ki, həmin torpaq dövlətindir. Dövlət mülkiyyətində olan torpağı necə özününküləşdirə bilər? Vətəndaşların hamısına torpaq islahatları aparılanda torpaqlar verilib. Onlar bu torpaqlarda pambıq deyil, taxıl, yonca əkirlər, ya da mal-qara təsərrüfatı ilə məşğul olurlar. Əgər təyinat dəyişdirilibsə, buna mən nə edə bilərəm?  “Dövlət torpaqları haqqında” qanuna əsasən əgər torpaq dövlət ehtiyacı üçün lazım olarsa, o zaman həmin torpaqlar vətəndaşdan qeyri-şərtsiz olaraq alınır. Əgər onun şikayəti varsa, mülki qaydada məhkəməyə müraciət etsin”.

06.06.2017 09:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ