Ən yüksək nəticəni qazanan fermer - hər qoyundan...
İmişlidə qoyunçuluq əsas təsərrüfat sahəsi hesab olunur. Rayonda bu sahəyə böyük maraq olduğundan sürülərdə davarların baş sayı ilbəil artır. İndi onlarla fermer təsərrüfatın bu gəlirli sahəsi ilə məşğul olur və xeyli gəlir götürür.
Rayon Statistika İdarəsindən bildiriblər ki, hazırda təsərrüfatlarda 256 min 721 baş qoyun-keçi bəslənilir. Bu da ötən ildəkindən 3059 baş çoxdur. Qoyunun əti və südü kimi, yunu da yüksək qiymətə satılır. Xeyli vaxtdır ki, rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımı aparılır. Yun qırxımı mövsümü başlayandan indiyədək fermerlər, ümumilikdə, 1500 tona yaxın yun tədarük ediblər. Hər qoyundan orta hesabla 1,9 kiloqram yun götürülüb. Ötən il isə bu rəqəm 1,8 kiloqram olub.
Rayonda ən yüksək nəticəni fermer Daşqın Kazımov qazanıb. O, bəslədiyi hər qoyundan 2,2 kiloqram yun götürüb. Rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımı uğurla davam edir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
56 d. əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
1 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 2 saat əvvəl
- 2 saat əvvəl