“AtaSığorta” yeni nümayəndəliklərini istifadəyə verdi
“AtaSığorta” ASC yeni nümayəndəliklərini müştərilərini xidmətinə verib.
“AtaHoldinq” ASC-dən “Marja”ya daxil olmuş məlumata görə, açılış mərasimində “AtaSığorta” ASC-nin İdarə Heyətinin üzvləri, departament və şöbə rəhbərləri iştirak etmişdir.
Müasir tələblərə tam cavab verən yeni nümayəndəliklər “BAKI” Nümayəndəliyi Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 33 ünvanında, “YASAMAL” Nümayəndəliyi Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 24 ünvanında, “GƏNCLİK” Nümayəndəliyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk pr. 29 ünvanında fəaliyyət göstərəcəkdir.
“Xidmət şəbəkəsinin genişlənməsi “AtaSığorta” ASC-nin əsas inkişaf prioritetlərindən biridir. Yeni açılmış nümayəndəliklər Bakı şəhərində yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə müştərilərə peşəkar və operativ xidmətin göstərilməsini təmin edəcəkdir”,- holdinqin məlumatında deyilir.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 40-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
13 d. əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti kəskin azalıb
-
38 d. əvvəl
Azərbaycan Səudiyyə Ərəbistanında beynəlxalq ərzaq sərgisinə qatılacaq
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib
- 1 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan sentyabrda Türkiyənin üç şəhərinə ixrac missiyası təşkil edəcək
-
13 saat əvvəl
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
- 14 saat əvvəl
-
16 saat əvvəl
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
- 17 saat əvvəl
- 17 saat əvvəl