Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

TuranBank xarici investorların Bankın kapitalına geniş cəlbini hədəfləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
TuranBank xarici investorların Bankın kapitalına geniş cəlbini hədəfləyir

 

TuranBank 2020-ci ilədək xarici investorların Bankın kapitalına daha geniş cəlbini hədəfləyir.

 

Bunu TuranBankın İdarə Heyətinin sədri Rauf Kazımov bildirib.

 

“TuranBank öz missiya və strateji baxışına sadiq olaraq qalır. Bankımızın fəaliyyətinə gəlincə, bu, 4 illik Strateji Planla tənzimlənir. Qeyd etmək istərdim ki, ötən ilin sonlarında hazırlanmış 2016-2019-cu illər üçün yeni Strateji Planın əhatə etdiyi dövrdə təkmil «institusional baza»nı beynəlxalq təcrübəyə müvafiq olaraq mütəmadi inkişaf etdirmək planlaşdırılmış, mövcud satış şəbəkəsinin səmərəliliyinin, aktivlərinin keyfiyyətinin artırılması ilə bərabər kapitalının davamlı artımı, xarici investorların Bankın kapitalına daha geniş cəlbi kimi hədəflər müəyyənləşdirilmişdir və bütün bu hədəflər olduğu kimi qalır”.


Yeni strateji dövrdə ölkənin qeyri-neft sektorunun inkişafına yönələcək layihələr ilə yanaşı, satış şəbəkəsinin texnoloji təchizatının ən yüksək beynəlxalq standartlara uyğun təmin olunması və Bankın əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması diqqət mərkəzində olacaqdır:

 

“Hazırda Bankın İT infrastrukturunun təkmilləşdirilməsi isiqamətində işlər görülür və yeni proqram təminatının tətbiqi ilə bağlı işlər templə davam edir. Yaxın gələcəkdə müştərilərimizə operativ xidmət göstərməyə imkan verən rəqəmsal bankçılıq sahəsi daha da təkmilləşdirilərək məsafədən xidmət növlərinin çeşidi genişləndiriləcəkdir. Bütün bunlar müştərilərimizə ən yüksək səviyyədə operativ xidmət göstərməyə və yüksək müştəri məmnunluğunu təmin etməyə imkan verəcəkdir.

 

Ölkənin bank sektorunda baş verən yeni tendensiyalar Bankımızı daha çevik və effektiv olmağa sövq edir. Mövcud reallıqda bankların əsas gəlir mənbəyi hesab edilən faiz gəlirləri azaldıqca qeyri-faiz gəlirlərinin önəmi artmaqdadır. Hazırda qeyri-faiz gəlirlərinin əhatə etdiyi sahələrin inkişaf etdirilməsi bizim üçün də prioritetdir. Planlarımızda bazara yeni alternativ xidmət və satış kanallarını təqdim etməklə on minlərlə müştərimizə banka gəlmədən müxtəlif əməliyyatlar aparmaq və xidmətləri əldə etmək imkanı yaratmaqdır. Bankımız, həmçinin müştərilərə yüksək keyfiyyətli rəqəmsal, onlayn bankçılıq, innovativ bank məhsul və xidmətləri təklif etməklə plastik kartlarla nağdsız hesablaşmaların həcmini genişləndirəcək”.

 

Son dövrlərdə nağdsız ödənişlərin həcminin sürətlə artması və əmək haqlarının plastik kartlara köçürülməsi ölkə iqtisadiyyatında müşahidə olunan aktual proseslərdəndir. Artan tələbatı nəzərə alaraq, Bankımız öz növbəsində bu sahədə fəaliyyətini genişləndirməyi və korporativ müştərilərə əmək haqqı layihələri çərçivəsində bir sıra məhsul və xidmətləri təklif etməyi nəzərdə tutmuşdur.

 

“ƏMANƏTÇİ BAXIMINDAN QITLIQ YAŞAMIRIQ”

 

Rauf Kazımov qeyd edib ki,  islahatlar çərçivəsində səmərəsiz bankların fəaliyyətinin dayandırılması ilk növbədə əmanətçilərin banklara inamının zəifləməsi ilə nəticələnir: Lakin əmanətlərin dövlət tərəfindən sığortalanması və bağlanan bankların timsalında vəsaitlərin geri qaytarılması insanların banklara etibarını bərpa etmiş oldu. Götürək bizim Bankı, bağlanan bankların fonunda hazırda biz əmanətçi baxımından qıtlıq yaşamırıq. Əksinə, vəsaitini bizə etibar edənlərin sayı bağlanan bankların fonunda artmaqdadırÜ,

06.06.2017 13:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ