Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Manatla əmanət yatırıb, Dollarda geri götürün - YENİ TƏKLİF

iç səhifə xəbər başlığı altı (mobil)_31
Manatla əmanət yatırıb, Dollarda geri götürün - YENİ TƏKLİF

Bankın 15 illiyi ilə bağlı növbəti silsilə kampaniya

 

Reklam_3_11

AccessBank 15 illiyi ilə bağlı müştəriləri yeni kampaniyalarla sevindirməyə davam edir.

 

"Marja" xəbər verir ki, Bank stabilliyə üstünlük verən müştərilər üçün “Sabit əmanət” kampaniyasına start verib. Bu kampaniya sayəsində müştərilər manatla əmanət hesabı açıb, vəsaiti ABŞ dolları valyutasında da geri götürə bilərlər. Müştərilər istəklərinə uyğun olaraq həm əmanət müddətinin sonunda, həm də əmanət vaxtından əvvəl bağlanarsa bu imkandan faydalana bilərlər.

 

Kampaniya çərçivəsində açılan əmanətlərə 15%-dək faiz dərəcəsi tətbiq olunur. Bu təklifdən həm fiziki, həm də hüquqi şəxslər 30 iyun 2017-ci il tarixinədək yararlana bilərlər. Xatırladaq ki, AccessBank-da açılan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

 

“Sabit əmanət” haqqında daha ətraflı məlumatı Bankın rəsmi internet saytındanFacebook səhifəsindən və 151 Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür. 

 

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan AccessBank tam çeşidli bank xidmətləri təqdim edir. 

07.06.2017 05:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ