Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bloomberg sorğusu: Sterlinq/dollar 1.20-yə qədər geriləyə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bloomberg sorğusu: Sterlinq/dollar 1.20-yə qədər geriləyə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


"Bloomberg" tərəfindən keçirilmiş bir sorğuda iştirak edən analitiklərə görə, İngiltərə seçkilərində heç bir partiyanın mütləq üstünlük təmin edə bilməməsi vəziyyətində, funt-sterlinq, Cümə günü dollar qarşısında 1.20 səviyyəsinə qədər geriləyə bilər (Funt-sterliq ucuzlaşacaq).


 
"Marja" xəbər verir ki, 11 bank və vasitəçi qurumun qatıldığı sorğudan çıxan cavablara görə, məzənnə seçkini Fəhlə Partiyasının qazanmasından daha mənfi təsir göstərə bilər.


 
Bu vəziyyət investorların Baş nazir Theresa May-ın Brexit məsələsində "heç bir anlaşma etməmək pis bir müqavilə bağlamaqdan yaxşıdır" şəklindəki fikrinə qoşulmadığını göstərir. Analitiklərə görə, May-ın Mühafizəkar Partiyasının seçkidə qələbəsi funt-sterlinq üçün yardımçı ola bilər.


 
Analitiklərə görə, seçki nəticələrinin funt-sterlinq üzərindəki qısa və uzunmüddətli nəticələri fərqli ola bilər. Toryler-in qələbəsi qısa müddətdə dəstək ola bilər, uzun perspektivdə isə "sərt Brexit" ehtimalını artıraraq funt-sterlinqə mənfi təsir göstərə bilər.
 


Hazırda Sterlinq/dollar məzənnəsi 1.2907 səviyyəsindən əməliyyat olunur. 

07.06.2017 09:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ