Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakının əhalisinin sayı açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakının əhalisinin sayı açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

2017-ci ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 3700 nəfər və ya 0,2% artaraq aprel ayının 1-nə 2 mln. 249,5 min nəfərə çatıb.

Reklam_3_11


Bakı Statistika İdarəsindən verilən məlumata görə, əhalinin 49,6%-ini kişilər, 50,4%-ini qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 1051 nəfər olub.

2017-ci ilin yanvar-mart aylarında Bakı şəhəri üzrə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş verib.
 

Cari ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 7336 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər min nəfərinə hesabı ilə 13,2 təşkil edib. Doğulanların 92-si əkiz, 1-i isə üçəmdir. Doğulan körpələrin 3846 nəfəri, yəni 52,4%-i oğlan, 3490 nəfəri, yəni 47,6%-i isə qız uşağıdır.

 

Hesabat dövründə Bakıda 3556 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4 təşkil edib.

2017-ci ilin ilk 3 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 2957 nikah və 1134  boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,3, boşanmaların sayı isə 2 olub.

07.06.2017 10:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ