Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Bank VTB Azərbaycan”ın fəaliyyətini davam etdirməsi səhmdarların dəstəyindən asılıdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank VTB Azərbaycan”ın fəaliyyətini davam etdirməsi səhmdarların dəstəyindən asılıdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“2015-ci ildə Manatın devalvasiyasından sonra Azərbaycanın bank sektoru likvidliyin pisləşməsi və kredit şərtlərinin sərtləşməsi kimi bir neçə mənfi iqtisadi şəraitlərin təsirinə məruz qalmışdır. Nəticədə “Bank VTB Azərbaycan”ın 31 Dekabr 2016-cı il başa çatan il üzrə 141 milyon 7 min manat  və son 3 il üzrə cəmi 179 milyon 52 min manat məbləğində yığılmış zərəri olmuşdur”.

 

“Marja” xəbər verir ki, bu “Ernst & Young”  şirkətinin təsdiqlədiyi “Bank VTB Azərbaycan”ın 2016-cı il üzrə hesabatında deyilir.

 

“Ernst & Young” hesabatda qeyd edib ki, Bankın fəaliyyətini davam etdirmək qabiliyyəti səhmdarların gələcək dəstəyindən asılıdır:

 

“Bankın səhmlərinin nəzarət paketinin sahibi olan “Bank VTB Russia” QSC Bankın yerli prudensial normaları və minimal kapital tələblərini yerinə yetirilməsini təmin etmək üçün kapital qoyuluşu və kredit də daxil olmaqla Bankı maliyyə dəstəyi ilə təmin etməyə hazırdır. 2016-cı ilin İyun ayında  Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış tədbirlər planına uyğun olaraq Bank kapitalın adekvatlığı əmsalını pozmamaq məqsədilə “Bank VTB Russia”dan və ümumi nəzarət altında olan bir müəssisədən 110 milyon 669 min manat məbləğində zəmanət depoziti almışdır. Bu depozit kapital artırıldığı və yuxarıdakı tələblərə əməl edildiyi halda azad ediləcək”.

 

Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı Azərbaycanın 5 bankının nəzarət altında olduğunu açıqlamışdı: “Hazırda kapitalla bağlı problemi olan 5 bank xüsusi nəzarət altındadır, ilin ortasına qədər onlar kapitallaşma ilə bağlı problemi həll etməlidir”.

 

Ötən ilin sonuna olan məlumat görə, zərər  kapitalını sildiyindən  “Bank VTB Azərbaycan”ın kapitalsız qalıb. Tələblərə görə, məcmu kapitalı 50 milyon manatdan aşağı düşmüş Bankın lisenziyası dayandırıla bilər. 

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

07.06.2017 12:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ