Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

2020-ci ilədək 5 biznes inkubatorunun yaradılması planlaşdırılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
2020-ci ilədək 5 biznes inkubatorunun yaradılması planlaşdırılır

Azərbaycan hökuməti 2020-ci ilədək ölkədə ən azı 5 yeni biznes inkubatorunun yaradılmasını proqnozlaşdırır.

 

Bu barədə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

 

“2020-ci ilədək o cümlədən, 3–5 model müəssisənin yaradılması, həmçinin il ərzində ən azı 25 startap layihəsinin başlanması gözlənilir”, - deyə sənəddə deyilir.

 

“Yol Xəritəsi”nə əsasən, bu prioritetin icrası üçün 2020-ci ilədək 50 mln. manat həcmdə investisiya qoyuluşu tələb ediləcək. “Qeyd olunan investisiyalar 2020-ci ildə Azərbaycanın real ÜDM-də 35 mln. manat məbləğində artımını təmin etməlidir”, - deyə sənəddə vurğulanır. 

26.12.2016 06:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ