Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın Ərəb Əmirliklərində ticarət nümayəndəsi təyin edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın Ərəb Əmirliklərində ticarət nümayəndəsi təyin edildi

Elnur Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsi təyin edilib.

 

Reklam_3_11

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu, Azərbaycanın ticarət nümayəndəsi təyin olunduğu 3-cü xarici ölkədir.

 

Bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" Fərmanı ilə verilmiş tapşırıqların icrası olaraq, Rusiya Federasiyasında və Çin Xalq Respublikasında Azərbaycanın ticarət nümayəndəsi təyin edilib.

 

Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsinin təyin olunması ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafinda, qeyri-neft ixracının genişləndirilməsində, "Made in Azerbaijan" brendinin, əlverişli biznes və investisiya mühitinin təşviqində və Birləşmiş Ərəb Əmirlikləri investisiyalarının cəlb olunmasında önəmli olacaq.

 

Bu sahədə böyük təcrübəyə malik Elnur Əliyev Azərbaycan Dövlət İqtisad Universitetində və Böyük Britaniyanın Mançester Biznes Məktəbində maliyyə və kredit ixtisası üzrə təhsil alıb. E.Əliyev Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe, Azərbaycanın Avropa Komissiyası yanında Nümayəndəliyində 2-ci katib, İslam İnkişaf Bankı, Beynəlxalq Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyasında MDB ölkələri və İran üzrə regional menecer vəzifələrində işləyib. Bu təyinatdan əvvəl isə Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsinin rəis müavini olub. İngilis, rus, fransız və ərəb dillərini sərbəst bilir.

07.06.2017 16:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ