Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bank dövlətin yardımı olmadan xilas edildi - 1 avroya satıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank dövlətin yardımı olmadan xilas edildi -  1 avroya satıldı

 
"Marja" xəbər verir ki, İspaniyanın 6-ci böyük bankı olan "Popular", iflasın astanasına gəldiyindən, cəmi 1 avroya "Santander" bankı tərəfindən satın alınıb.


 
Son 8 gündür davamlı səhmləri 50%-dən çox ucuzlaşan, Avropa Mərkəz Bankı (AMB) və İspaniya Bank Yenidənqurma Fondu (FROB) tərəfindən dünən axşam "iflic" elan edilən "Popular" bankının 100%-i 1 avro qarşılığında "Santander" bankına keçib. Ölkənin ən iri bankı olan "Santander", "Popular" bankı xilas etmək üçün 7 milyard avroluq kapital artımına getməyi planlaşdırdığını açıqlayıb.


 
 AMB, "Popular" bankının azad edilməsi əməliyyatında dövlət yardım fondunun vəsaitinin istifadə edilməməsinə diqqət çəkərkən, İspaniyanın iqtisadiyyat naziri Luis de Guindos da dövlət resursları istifadə edilmədən satışın sona çatmasını "yaxşı bir performans" kimi dəyərləndirib.

 
"Popular"ın İspaniya və Portuqaliyadakı 17 milyon müştərisinin bank hesablarının dövlət himayəsində olduğu, ancaq ötən mart ayının sonu 305 min 152 olaraq qeyd edilən səhmdarlarının bütün investisiyalarını itirdiyi bildirilib.

07.06.2017 18:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ