Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-da ehtiyatlar artdı, neft kəskin ucuzlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da ehtiyatlar artdı, neft kəskin ucuzlaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədə kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 3,3 milyon barel (0,6 faiz) artımla 513,2 milyon barelə çatdığını açıqlayıb.

 

"Marja" xəbər verir ki, bazar, ehtiyatların 3,5 milyon barrel azalacağını gözləyirdi.

 

Bir əvvəlki həftə də xam neft ehtiyatları 6,4 milyon barrel azalma qeyd etmişdi.


 
 Beləliklə, ABŞ-da kommersiya xam neft ehtiyatları 8 həftə ardıcıl azaldıqdan sonra ilk dəfə artmışdır.


 
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji neft ehtiyatları isə ötən həftə 1,7 milyon barrel (0,2 faiz) azalaraq 685 milyon barrelə enib.


 
ABŞ-ın həftəlik benzin ehtiyatları da sözügedən həftə 3,3 milyon barrel (1,4 faiz) artaraq 240,3 milyon barrelə çatıb. Bazar gözləntisi 0,6 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,9 milyon barrel azalma qeyd etmişdi.


 
 Xam neft istehsalı 16 həftənin 2-sində azalıb


 
Sözügedən dövrdə ABŞ-ın xam neft istehsalı, bir əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 24 min barel azalaraq 9,32 milyon barelə enib. Beləliklə, ABŞ-ın xam neft hasilatı son 16 həftənin yalnız 2-sində azalmışdır.


 
Ölkənin xam neft idxalı isə sözügedən həftə əvvəlkinə nisbətən, gündəlik orta hesabla 356 min barel artımla 8,34 milyon barelə yüksəlib.


 
 ABŞ-ın ticarət xam neft ehtiyatlarındakı artımın ardından qlobal bazarlarda Neftin qiymətlərində kəskin azalma görülüb.


 
EIA göstəricilərinin açıqlanması ilə, ABŞ-ın Qərbi Texas tipi xam neftin barrel qiyməti 46,03 dollara, London Brent növü neftin barrel qiyməti də 48,23 dollara geriləyib. Brent nefti bu gün 3,5% ucuzlaşıb.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

07.06.2017 18:23

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ