“Badamlı”nın rəhbəri market rəhbərlərini tənqid etdi
Azərbaycanın mineral suları istehsalçısı “Badamlı” Müəssisənin direktoru Hümbət Qəhrəmanov mağazalara qarşı qəzəblidir.
"Marja" xəbər verir ki, Hümbət Qəhrəmanov qeyd edib ki, bu gün marketlərimizdə, eləcə də ictimai iaşə müəssisələrində xarici ölkələrdən gətirilmiş sərinləşdirici içkilərə rast gəlmək mümkündür. Bu məhsullar həm də qiymətinin bahalığı ilə seçilir. Ancaq bəzi sahibkarlar nədənsə bu məhsulların mağazalarda daha göz önündə olmasına üstünlük verirlər:
“Mağazaların əksəriyyətində Badamlı müəssisəsinə məxsus soyuducularda bu məhsuldan daha çox xarici mənşəli enerji içkiləri ilə qarşılaşılır. Halbuki onların kimyəvi tərkibi hələ də elm adamları üçün qaranlıq qalır. Bu içkilərin insan sağlamlığı üçün zərərlərindən dəfələrlə danışılsa da, bəzi gənclərin hələ də belə içkilərə üstünlük verməsi isə, həqiqətən, təəccüb doğurur. Çünki gəncliyin, belə demək mümkünsə, əsas “atributlarından” biri də elə coşqunluq, enerjidir. Deməli, bu sahədə təbliğat da o qədər ürəkaçan deyil. “Badamlı”, “Sirab”, “Çınqıllı”, “Böyrək suyu” və onlarla təbii süfrə suyunun olduğu bir diyarda hər bir ictimaiyyət nümayəndəsinin üzərinə düşən vəzifə yerli məhsullarımızın təbliğatına öz töhfəsini verməkdir. Əgər belə olarsa, onda süfrələrimizdə əcnəbi mənşəli məhsullar yox, elə öz bulaqlarımızın suyu olacaq”.
Müəssisənin derektoru qeyd edib ki, xarici ölkələrdə “Badamlı” mineral suyuna maraq yaradıb. Bunun nəticəsində “Badamlı” mineral suyu 2010-cu ildən Rusiya Federasiyasına, 2016-cı ildən Birləşmiş Ərəb Əmirliklərinə, cari ildən isə İran İslam Respublikasına satışa göndərilir. Yaxın gələcəkdə isə Belarusa və Mərkəzi Asiya ölkələrinə ixracı nəzərdə tutulur.
“Badamlı” suyu Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində çağlayan eyniadlı bulağa məxsusdur. Ümumilikdə, müəssisənin illik istehsal gücü 20 milyon butulkaya çatır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 13 d. əvvəl
-
2 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
2 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib