Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Qızıl kritik hadisələr öncəsi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızıl kritik hadisələr öncəsi

Qızıl qiymətləri, investorların Böyük Britaniyada seçkinin nəticəsini keçmiş FBI Direktoru Ceyms Komeyin ABŞ Senatında edəcəyi çıxışı və Avropa Mərkəzi Bankının Prezidenti (AMB) Mario Draghi-nin faiz qərarından sonra keçirəcəyi mətbuat konfransını gözləmələri ilə aşağı düşüb.


 
"Marja" xəbər verir ki, qızıl, Çərşənbə günü 7 ayın zirvəsindən 0.6% düşdükdən sonra bir qədər geriləməsi azalıb və unsiyası 1284.60 dollar səviyyəsinə gəlib.

Reklam_3_11


 
Qızıl 6 İyunda 1296.15 dollar ilə 9 Noyabrdan bu yana ən yüksək səviyyəsini görmüşdü.


 
 ABŞ valyutasının 10 mühüm valyuta qarşısında gedişini göstərən Bloomberg Dollar Spot İndeksi 0.1 faiz yüksəlib.


 
"National Australia Bank"ın iqtisadçısı Con Şarma, "Dollarda mülayim yüksəliş və bugünkü Senat çıxışı öncəsi Komeyin açıqladığı və sürprizin olmadığı nitq mətni, qızının ucuzlaşmasının bir hissəsini geri qayıtmasına səbəb oldu" deyib.


 
Şarma, İngiltərədəki seçki, Orta Şərq və Şimali Koreya kimi davam edən geosiyasi risklərin qızıla dəstək verdiyini sözlərinə əlavə edib.


 
Gümüşün qiyməti dəyişməyərək unsiyası  17.6007 dollar səviyyəsində qalarkən, platin 0.2 faiz yüksələrək unsiyası 946.84 dollar və palladyum 0.2 faiz qazancla unsiyası 836.48 dollara qalxıb.

 

08.06.2017 06:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ