Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Çoxmənzilli binaların idarə edilməsi ilə bağlı qaydalar müəyyənləşdirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çoxmənzilli binaların idarə edilməsi ilə bağlı qaydalar müəyyənləşdirilir

Azərbaycanda çoxmənzilli binaların idarə edilməsi ilə bağlı qaydalar müəyyənləşdirilir.

 

Azərbaycan prezidentinin təşəbbüsü ilə Mənzil Məcəlləsinə yeni 141-1 (Çoxmənzilli binanın idarə edilməsi qaydası) maddəsinin əlavə edilməsi təklif edilir.

 

Yeni maddəyə görə, Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Bu məcəllənin 142-ci maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bu məcəllənin 141-1.1 maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəaları (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklər nəzərə alınmaqla) əks etdirməklə bağlanmalıdır.

 

Bu məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydanı pozmaqla, çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

 

Bundan başqa qanun bir sıra maddələrinə yeni maddədən irəli gələn zəruri dəyişikliklər təklif olunur.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və iyunun 13-də müzakirəyə çıxarılacaq.

 

©APA

08.06.2017 09:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ