Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Rusiya Dolları bahalaşdırmağa hazırlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya Dolları bahalaşdırmağa hazırlaşır

Rusiya Maliyyə Nazirliyi bəyan edib ki, ölkəyə kapital axınının zəiflədiyi yay aylarında valyuta bazarından dollar alışının həcmi artırılacaq və bununla da ölkənin valyuta ehtiyatları qorunacaq. 

 

Reklam_3_11

Rusiya mətbuatı xəbər verir ki, qurum iyulun 6-na qədər bazardan 45,1 mlrd. rubl (790 mln. ABŞ dolları) və yaxud gündəlik 2,1 mlrd. rubl (37 mln. dollar) ekvivalentində valyutanı çıxarmağı planlaşdırır. Bu isə may ayı üzrə dollar alışından 5,3 dəfə çoxdur.

 

Analitiklərin proqnozlarına görə, belə bir addım Rusiyada dolların məzənnəsinin sentyabr ayının əvvəlinə 60 rubla çatdıra bilər. Əgər neft qiymətləri 40 dollar/barelə enərsə o zaman dolların məzənnəsinin 70 rubla qədər yüksəlməsi də mümkündür. 

 

Qeyd edək ki, ənənəvi olaraq ilk rübdə profisitlə üzləşən Rusiyanın tədiyyə balansı yay aylarında demək olar ki, 0-a düşür. Bu səbəbdən yaxın aylarda Maliyyə Nazirliyinin əməliyyatlarının dolların məzənnəsinə təsirinin yüksək olacağı gözlənilir. Dolların bahalaşmasına bir başqa səbəb də Rusiya Bankının (Mərkəzi Bank) iyunun 16-da uçot dərəcəsini artırmaq barədə qərarı ola bilər. 

 

© Report

 

08.06.2017 10:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ