Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Taleh Kazımov: Bu bizim üçün gözlənilən bir nəticə idi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Taleh Kazımov: Bu bizim üçün gözlənilən bir nəticə idi

“Standard & Poor's” beynəlxalq reytinq agentliyi növbəti dəfə Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın reytinqini yüksək səviyyədə təsdiq edib. Belə ki, emitentin defoltunun uzunmüddətli reytinqi ("EDR") “ВВ-“ səviyyəsində, qısamüddətli EDR isə "B" səviyyəsində təsdiq olunub. Bu, Azərbaycanın 100% yerli kapitallı özəl bankları arasında ən yüksək reytinqlərdən biridir.

 

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, Standard & Poor's-un ölkə reytinqini dəyişməz saxlaması fonunda Bankın reytinqinin təsdiq olunması bizim üçün gözlənilən bir nəticə idi.  

 

"Maliyyə bazarında carı vəziyyəti nəzərə alaraq bu Bankımız üçün çox böyük bir nailiyyətdir. Reytinqimizin təsdiq olunması Banka regional maliyyə institutu kimi göstərilən etimadın göstəricisidir. 10 il bundan əvvəl qurulduğunda PAŞA Bankın qarşısına qoyduğu əsas məqsəd özəl qeyri-neft sektorunda inkişaf etmək olmuşdur və Bankın strategiyaları bu məqsəd ətrafında qurulmuşdur. Uzunmüddətli, dayanıqlı inkişafı hədəf alan Bank öz korporativ və risk idarəetməsinə, insan kapitalına və İT infrastrukturuna böyük sərmayələr yatırmışdır. Standard & Poor's-un çağırışlarla dolu bir zamanda PAŞA Bankın reytinqini eyni səviyyədə saxlaması strategiyamızın düzgün və uğurlu olduğunun bir daha sübut edir", - deyə T. Kazımov bildirdi.

 

Qeyd edək ki, Standard & Poor's öz hesabatında PAŞA Bankın Azərbaycanın bank sektoru üçün yüksək əhəmiyyət kəsb etdiyini qeyd edir və bankın biznes mövqeyinin qiymətləndirilməsində Bankın korporativ müştərilərə göstərilən xidmətlər seqmentində böyük bazar payını, həmçinin təcrübəli idarəetmə komandasına malik olduğunu nəzərə alır.

08.06.2017 11:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ