Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Ölkənin valyuta ehtiyatlarından istifadə ən son variantdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ölkənin valyuta ehtiyatlarından istifadə ən son variantdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) xarici öhdəliklərinin restrukturizasiyası ən optimal çıxış yoludur".

 

Bunu bu gün Bakıda keçirilən Azərbaycan - Avropa İttifaqı biznes forumunda iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.


Təbdir iştirakçılarından biri nazir müavininə "niyə ABB-nin borclarını ödəmək iqtidarında ola-ola xarici öhdəliklərini restrukturizasiya etmək, bununla da ölkənin kredit və investisiya reytinqi üçün təhlükə yaratmaq qərarına gəlib?" sualını verib.

 

"Azərbaycan ən optimal variant üzərində çalışır. Ölkənin valyuta ehtiyatlarından istifadə ən son variantdır", - deyə S.Babayev cavab verib.

 

Mayın 11-də ABB xarici öhdəliklər (3,34 mlrd. dollar) üzrə ödənişləri dayandırdığını və xarici valyutada olan borcunun restrukturizasiyasını elan edib. Həmin gün Maliyyə Nazirliyinin yaydığı açıqlamada qeyd edilib ki, xarici valyutada olan borc suveren bondlarla (istiqrazlarla) əvəzlənəcək.

 

ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri banklıdır. Bankın səhmlərinin 91,3%-i dövlətə məxsusdur.

 

© APA

 

08.06.2017 13:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ