Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Riyad”ın 13 mühafizəçisi həbs olundu

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Riyad”ın 13 mühafizəçisi həbs olundu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Binəqədi rayonunda yerləşən “Safastore” mağazası önündə baş verən qarşıdurmaya görə 13 nəfər saxlanılıb.

 

Reklam_3_11

Daxili İşlər nazirliyinin Mətbuat Xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev açıqlamasında bildirib ki, faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

 

Hadisə ilə bağlı 13 nəfər saxlanılaraq istintaqa cəlb olunub, istintaq aparılır.

 

Qeyd edək ki, bu gün səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edib.

 

Mühafizəçilərin mağazanın keçmiş sahibi, iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun iştirakı və tapşırığı ilə hücum etdiyi iddia olunub. Xəbərə görə, onlar ictimai asayişi kəskin şəkildə pozaraq  supermarket əməkdaşlarına  ciddi xəsarət yetirib, hücum nəticəsində onlarla insan yaralanıb.

 

Qarşıdurma zamanı Binəqədi rayon Polis İdarəsinin, 7 ci polis bölməsinin əməkdaşlarına da xəsarət yetirilib. 

 

Baş vermiş hadisə ilə bağlı “Safastore” MMC-nin rəhbərliyi tərəfindən  Daxili işlər naziri və Baş Prokurora müraciət ünvanlayacaq.

 

Mağazadan verilən xəbərdə bildirilir ki, ilyarım əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edir.

 

© “Qafqazinfo”

08.06.2017 14:19

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ