Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Onun bu sözləri Avronu ucuzlaşdırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Onun bu sözləri Avronu ucuzlaşdırdı

Avropa Mərkəzi Bankının sədri Mario Draghi iqtisadi artıma qarşı risklərin balanslı olduğunu bildirib. 

 

Reklam_3_11

Sədr faizlərin mövcud səviyyədə uzun müddət qalacağını gözlədiklərini deyib. 


Draghi vəziyyətin pisləşməsi halında akiv (qiymətli kağızlar) alışlarının uzadıla biləcəyini deyib.

 
İQTİSADİ ARTIM  PROQNOZLARI YÜKSƏLİB


 
Draghi 2017 artım gözləntisini 1.8%-dən 1.9%-ə yüksəldildiyini bildirib.


 
2018-ci il iqtisadi artım gözləntisi 1.7%-dən 1.8%-ə, 2019-cu il üzrə 1.6%-dən 1.7%-ə yüksəldilib.


 
"FAİZLƏRİN DAHA DA DÜŞƏCƏYİ" İFADƏSİNİ ÇIXARDIQ"


 
Draghi deflyasiya riski olmadığını və bu səbəblə faizlərin daha da endirilməsi ifadəsini mətndən çıxardığını bildirib.


 
İNFLYASİYA PROQNOZLARI ENDİRİLİB


 
2017, 2018 və 2019 inflyasiya proqnozları endirilib. 2017-ci il üçün inflyasiya proqnozu 1.7%-dən 1.5%-ə, 2018 üçün 1.6%-dən 1.3%-ə, 2019-cu il üçün 1.7%-dən 1.6%-ə endirilib. Draghi inflyasiya proqnozlarının aşağı neft qiymətləri səbəbilə aşağı salındığını, baza inflyasiyanın hələ ki, inandırıcı şəkildə istiqamətini yuxarı çevirmədiyini bildirib.

 

O, "inflyasiya gələcək aylarda hazırkı səviyyələrdə dalğalanacaq. İnflyasiyada səbrli olmalıyıq" deyib.


 

Draghi aşağı istiqamətli risklərin adətən qlobal amillərdən qaynaqlandığını bildirib.


 
Draghi AMB-nin pul siyasətini sərtləşdirməyi müzakirə etmədiklərini, lazım gəlsə hələ də faiz endirilə biləcəyini ifadə edib.
 


Bank bu günkü pul siyasəti toplantısında gözlənildiyi kimi, faizləri və aktiv alışı proqramını dəyişdirmədi, faizlərin daha da düşəcəyi ritorikasına qərar mətnində yer verilmədi.

 

Draghinin açıqlamalarından sonra Avro ucuzlaşıb. Avro/Dollar məzənnəsi 0,3% geriləyərək 1.1222 səviyyəsinə düşüb. Avronun ucuzlaşmasına səbəb inflyasiya proqnozlarının aşağı salınması və faizlərin uzun müddət hazırkı səviyyələrdə qalacağının açıqlanmasıdır.

08.06.2017 15:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ