Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Birləşmiş Krallıqda heç bir partiya çoxluğu qazana bilmədi, Funt-sterlinq ucuzlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Birləşmiş Krallıqda heç bir partiya çoxluğu qazana bilmədi, Funt-sterlinq ucuzlaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

08:30

Reklam_3_11

 

Böyük Britaniyanın Mühafizəkarlar partiyası vaxtından əvvəl keçirilən parlament seçkilərində liderlik edir.  

 

Hazırda mühafizəkarlar 650 mandatdan 300-nü, leyboristlər isə 251-ni əldə ediblər. Şotlandiya Milli Partiyası 34, Liberal Demokratik Partiyası 11 mandat əldə edib. Digər partiyalar isə 21 mandat qazanıb. Səslərin hesablanması davam etdirilir.

 

Qeyd edək ki, keçirilmiş yeganə “exit poll”un nəticələrinə görə, mühafizəkarlar 650 mandatdan 314-nü əldə edərək seçkilərdə liderliyi ələ alıblar. Lakin parlamentdə mütləq çoxluğa nail olmaq üçün onlara daha 12 yer gərəkdir. “Exit poll”un nəticələrinə görə, Leyboristlər partiyası 266 mandat əldə edib,  Şotlandiya Milli Partiyası 34 mandatla üçüncü, Liberal Demokratik Partiyası 14 yerlə dördüncü pillədə qərarlaşıb. Sağçı Müstəqillik partiyası parlamentdə heç bir yer əldə etməyib. Digər partiyalar isə 22 mandat qazanıb.

 

 

06:56 XXX

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

Böyük Britaniyanın siyasi gələcəyi, Baş nazir Tereza Meyin (Theresa May) Cümə axşamı günkü ümumi seçkidə üstünlüyü qazana bilmədiyini göstərən ilkin şok "Exit-poll" sorğusunun ardından olduqca qeyri-müəyyən bir dövrə yönəlib.

 

"Marja" xəbər verir ki, BBC və digər yayım təşkilatlarının sorğularına görə, May-ın Mühafizəkar Partiyası 650 kreslodan cəmi 314-nü qazanıb (314 millət vəkili). May, yeddi həftə öncə erkən seçki çağırışı edəndə 330 yerə malik idi. Parlamentdə çoxluğun əldə edilməsi üçün 326 kresloya sahib olmaq lazımdır.

 

Jeremy Corby-in Fəhlə Partiyasının (leyboristlər) 266 yer qazandığı bildirilir. Fəhlə Partiyası seçki öncəsi 229 yerə malik idi.

 

Şotlandiya Milli Partiyası 34 mandatla üçüncü, Liberal Demokratik Partiyası 14 yerlə dördüncü pillədə qərarlaşıb. Sağçı Müstəqillik partiyası parlamentdə heç bir yer əldə etməyib. Digər partiyalar isə 22 mandat qazanıb. 

 

İlkin nəticənin ardından Funt-sterlinq Dollar qarşısında 2%-ə yaxın ucuzlaşaraq Aprel ayından bu yana ən aşağı səviyyəsinə enib.

 

Bu kimi sorğular adətən etibarlı olur, ancaq hər iki tərəfin siyasi liderləri, bu nəticələrə hələ bu qədər tez güvənməyə ehtiyat edirlər. 2015-ci ildəki seçkinin ardından açıqlanmış ilkin sorğu nəticəsi Mühafizəkarların yekun qələbəsini əskik göstərmişdi.

 

ƏMANƏTLƏRDƏ İKİQAT FAYDA: 15% GƏLİR + SIĞORTA HƏDİYYƏ

 

İndi investorlar, Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Brexit)  referendumun ardından hələ bir il belə keçməmiş digər bir siyasi çaxnaşmanın astanasına gəldiyini düşünür. 


Diqqətlər ilk öncə, Brexit danışıqları öncəsi mövqeyini gücləndirmək üçün erkən seçkiyə gedən May-ın gələcəyinə çevriləcək. Əgər “Exit poll” sorğusu doğru çıxarsa, May, istefa vermək, ya da yeni bir hökumət qurmaq barədə qərar verməlidir. Həmçinin seçki nəticəsi, May-in Brexit-i reallaşdıra biləcəyi barədə şübhələr yarada bilər.


 
Brexit danışıqlarının 19 İyun həftəsi başlaması planlaşdırılırdı, ancaq indi bu tarix yəqin ki, təxirə salınacaq.

 

Beləliklə, sorğu nəticələrinə görə, Birləşmiş Krallıqda bir koalisiya və ya azlıq hökuməti ehtimalı meydana çıxmış olur.

 

Rəsmi nəticələrin bu gün açıqlanacağı gözlənilir.

 

Parlament, İngiltərə Kraliçası 2-ci Yelizaveta tərəfindən 19 İyunda açılacaq. Hökumətin də o tarixə qədər qurulması gözlənilir.

 

2015-ci ildəki son parlament seçkisində Mühafizəkar Partiya 330 deputat ilə təkbaşına hakimiyyətə gəlmişdi.

 

0% KREDİTLƏ OFİS MEBELİ!

09.06.2017 04:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ