Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

ABŞ Enerji İnformasiya İdarəsi neft qiymətləri proqnozunu qorudu

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ Enerji İnformasiya İdarəsi neft qiymətləri proqnozunu qorudu

 

15 AYLIQ KREDİT GÖTÜR, 12 AYIN FAİZİNİ ÖDƏ!

 

 ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu ilə dair neft qiymətləri proqnozunu qoruduğunu bildirib.


 
"Marja" xəbər verir ki, EIA-nın iyun ayı "Qısa Dövr Enerji Mənzərəsi Hesabatı" dərc olunub.


 
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Mayın 25-də keçirilən iclasında üzv ölkələrin və Rusiyanın xam neft istehsalının azaldılmasına davam etmək qərarının qəbul olunduğu qeyd edilən hesabatda, qərarın həftələr öncə qlobal neft bazarı tərəfindən qiymətləndirildiyi bildirilib.


 
Hesabatda, OPEC və Rusiyanın neft hasilatında azaldılan həcmin daha yüksək və ya daha uzun müddətə olmasının investorlar tərəfindən gözlədiyinə diqqət çəkilib və bunun baş verməməsi səbəbindən iclas günü neft qiymətlərinin 5 faiz azalma göstərdiyi vurğulanıb.


 
Digər tərəfdən, OPEC və Rusiyanın hasilatlarını azaltmalarına qarşı ABŞ və Braziliyada neft istehsalının yüksəldiyi qeyd edilib, bu ilə dair neft qiymətləri proqnozunun qorunduğu bildirilib.


 
Hesabata görə, ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftinin orta hesabla barrel qiymətinin bu il 51 dollar, Brent xam neftin orta hesabla barrel qiymətinin bu il 53 dollar səviyyəsində olmasının nəzərdə tutulduğu məlumatına yer verilib.

 


ABŞ-DA HASİLAT ARTACAQ


EIA Hesabatında ABŞ-ın bu il və gələn ilə dair xam heft hasilatı proqnozuna da yer verilib.


 
ABŞ-ın builki xam neft hasilatının gündəlik orta hesabla 9,3 milyon barrel, gələn il isə gündəlik orta hesabla 10 milyon barrel olmasının ehtimal edildiyi bildirilib.


 
ABŞ-da ötən il xam neft istehsalı gündəlik orta hesabla 8,9 milyon barrel olmuşdu.

 

15 AYLIQ KREDİT GÖTÜR, 12 AYIN FAİZİNİ ÖDƏ!

 

QLOBAL NEFT HASİLATI VƏ İSTEHLAKI


 
Qlobal neft hasilatına dair proqnozunu isə dəyişən EIA, bu il və gələn ilə dair dünya üzrə neft hasilatı proqnozunu gündəlik orta hesabla 0,2 milyon barrel azaldıb.


 
Hesabata görə, qlobal neft hasilatının bu il gündəlik orta hesabla 98,5 milyon barel əvəzinə 98,3 milyon barel, gələn il də gündəlik orta hesabla 100,4 milyon barel əvəzinə 100,2 milyon barel olması güman edilib.


 
EIA, qlobal neft istehlakının da bu il gündəlik orta hesabla 98,5 milyon barrel, gələn il də gündəlik orta hesabla 100,1 milyon barel olmasını nəzərdə tutur.


 
Qlobal neft hasilatı və istehlakı arasında yaranması gözlənilən 2017-dəki gündəlik orta hesabla 0,2 milyon barellik fərqin qlobal bazarda formalaşan xam neft ehtiyat artığını azaltması gözlənilir.


 
YENİDƏN TƏKLİF TƏLƏBİ ÜSTƏLƏYƏCƏK

 

Digər tərəfdən, 2018-də qlobal neft hasilatının dünya miqyasında istehlakın gündəlik orta hesabla 0,1 milyon barrel üzərində reallaşması vəziyyətində xam neft ehtiyatlarının yenidən artması nəzərdə tutulur.

 

485 MANATA KONDİSİONER!

09.06.2017 04:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ