Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Yayda 1-2, qışda isə 3-4 manata satılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yayda 1-2, qışda isə 3-4 manata satılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Lənkəran rayonunda heyvandarlıq sahəsində məhsuldar yem bitkisi olan yoncanın ilk biçim kampaniyasına başlanılıb.

 

Reklam_3_11

Yonca əkini sahələrinin genişləndirilməsi rayonda heyvandarlığın yem bazasının möhkəmləndirilməsində mühüm rol oynayır. Lənkəranın Vel kəndində fermerlərə məxsus yonca sahələri təxminən 20 hektara yaxındır. Payızda əkilən bitki yaz fəslində sürətlə inkişaf edir. Mövsüm ərzində sahələrə aqrotexniki qulluq göstərilir, gübrələr verilir, müxtəlif zərərvericilərə qarşı tədbirlər görülür.

 

Hazırda təsərrüfatçılar pay torpaqlarında əkdikləri yoncanın biçinini həyata keçirirlər. Fermer Mürsəl Quliyev bildirib ki, havaların qeyri-sabit keçməsi məhsuldarlığı bir qədər aşağı salıb. Hər hektardan 200-220 ot bağlaması tədarük edilib. Amma buna baxmayaraq, fermerlərə dövlət tərəfindən göstərilən dəstək onları gələcəkdə sahələri artırmağa ümidləndirir.

 

Ot bağlamasının qiyməti yay mövsümündə 1-2 manat olduğu halda, qış mövsümündə 3-4 manata satılır.

 

Fermerlərin sözlərinə görə, bir hektar otun biçilməsi 35 manata, bir bağlamanın preslənməsi isə 30 qəpiyə başa gəlir.

 

Təsərrüfatçılar yoncanın rentabelli bitki olduğunu deyirlər. Ona görə ki, ot təsərrüfatında az vəsaitlə daha çox gəlir əldə etmək imkanı var.

 

Əkilən yonca sahələri mövsüm ərzində 4 dəfə biçiləcək. Toplanan ot bağlamaları Lənkəranla yanaşı, ətraf rayonların sakinlərinə də satılır.

 

 KİÇİK VƏ ORTA BİZNES ÜÇÜN AŞAĞI FAİZLƏ MİKROKREDİT 

 

© Azərtac

09.06.2017 06:43

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ