Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kapital Bank sığorta məhsullarının kreditlə satışına başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank sığorta məhsullarının kreditlə satışına başlayır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda ilk dəfə olaraq Kapital Bank filiallarında PAŞA Sığortanın bir sıra məhsullarının kreditlə satışı həyata keçiriləcək.

 

Reklam_3_11

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, ilk mərhələdə müştərilər avtomobillərin icbari sığortası məhsulunu bankın filiallarından əldə edə bilərlər.

 

Avtomobillərin icbari sığortasının dəyərini Kapital Bank-dan əmək haqqı və təqaüd alan müştərilər 6 aylıq faizsiz və komissiyasız kreditlə, digər müştərilər isə nağd şəkildə ödəyə bilərlər. Sənədləşmə üçün şəxsiyyət vəsiqəsi və avtomobilin texniki pasportu tələb olunur. Sığortanın məbləği sürücünün və avtomobilin göstəriciləri əsasında sığorta proqramında avtomatik hesablanır.

 

Qeyd edək ki, yaxın zamanlarda Kapital Bank filiallarında həmçinin daşınmaz əmlakın icbari və könüllü sığortasının satışı da həyata keçiriləcək.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

26.12.2016 07:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ