Mobil manşet üstü reklam_21

Hava Limanının sərnişin dövriyyəsində xeyli artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hava Limanının sərnişin dövriyyəsində xeyli artım
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ilin yanvar-may ayları ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı 1 milyon 37 min sərnişinə xidmət göstərmişdir ki, bu da ötən ilin analoji göstəricisindən 34 faiz çoxdur. Təkcə may ayında 315 min sərnişinə xidmət göstərilmişdir.

 

Bu barədə “Marja”ya Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib.

 

Həmçinin Azərbaycanda “Bakı-2017 - IV İslam Həmrəyliyi Oyunları”nın keçirilməsi də ötən ay sərnişin dövriyyəsinin xeyli artmasına təsir göstərmişdir. Azərbaycan mülki aviasiyasının bütün qurumları "İslam Oyunları" dövründə ölkəyə gələn qonaqlara və idmançılara yüksək səviyyədə xidmət göstərilməsini təmin etmişdir.

 

Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 767 min sərnişin düşmüşdür ki, bunun da 204 min nəfəri daxili reyslərlə daşınmışdır.

 

Sərnişinlərin 85 faizi beynəlxalq reyslərin payına düşmüşdür. Hava limanının beynəlxalq daşımaların 48,3 faizi "Azərbaycan Hava Yolları"nın, 51,7 faizi xarici aviadaşıyıcıların payına düşmüşdür.

 

Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanı 28 aviaşirkətə xidmət göstərir ki, onların 5-i loukosterdir. Cari ilin payızından Azərbaycanın aşağı büdcəli aviaşirkəti “Buta Airways”in uçuşları gözlənilir.

 

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

 

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülmüşdür.

 

Cari ilin mart ayında Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.

09.06.2017 08:32

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ