Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Türkmənistan pulsuz kommunal xidmətləri ləğv etməyə hazırlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkmənistan pulsuz kommunal xidmətləri ləğv etməyə hazırlaşır

Türkmənistan prezidenti Qurbankuli Berdımuxammedov əhaliyə müraciət edərək ölkə vətəndaşlarını pulsuz elektrik enerjisi, içməli su və təbii qaz təminatı ilə vidalaşmağa hazır olmağa çağırıb. 

 

Rusiya mətbuatı xəbər verir ki, pulsuz kommunal xidmətlərin ləğvi Trükmənistanın üzləşdiyi maliyyə çətinlikləri ilə əlaqədar ola bilər. 

 

Qeyd edək ki, Orta Asiyanın ən böyük qaz ixracatçısı bir il bundan əvvəl qiymətlərin azalması ilə əlaqədar valyuta çatışmazlığı ilə üzləşib və dollar satışını məhdudlaşdırıb. 5,5 mln. əhalisi olan Türkmənistanın əhalisi 24 ildir ki, kommunal xidmətlərdən limitli də olsa pulsuz faydalanıblar. 2014-cü ilə qədər isə vətəndaşlara ayda 120 litr benzin pulsuz verilib. Yerli informasiya agentlikləri yazır ki, bundan sonra pulsuz kommunal xidmətlərlə yalnız əhalinin maddi baxımdan zəif təbəqəsi təmin oluna bilər. 

 

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu (IMF) Türkmənistanın dövlət büdcəsi kəsinin artmaqda davam edəcəyini  və bu il ümumi daxili məhsulun 0,7%-i qədər olacağını proqnozlaşdırır. 

 

Hazırda Türkmənistan yalnız Çinə "mavi yanacaq" ixrac edir. Bu ölkə hər il Türkmənistandan ildə 35-40 mlrd. kub metr qaz alır.

 

OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!

 

© Report

09.06.2017 08:49

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ