Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

SOCAR büdcəyə ödənişlərini artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR büdcəyə ödənişlərini artırıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin may ayında dövlət büdcəsinə 139 milyon 586 min manat vəsait ödənilmişdir.

 


Şirkətdən “Marja”ya verilən məlumata görə, b göstərici 2016-cı ilin may ayı ilə müqayisədə 21 milyon 780 min manat və ya 118,5 faiz çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-may aylarında büdcəyə 669 milyon 888 min manat vəsait ödənilmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 107 milyon 107 min manat və ya 119 faiz çoxdur.



Bundan əlavə, 2017-ci ilin may ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 945 min manat vəsait köçürülmüşdür. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 694 min manat və ya 105,7 faiz çoxdur. Cari ilin yanvar-may aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 62 milyon 460 min manat təşkil etmişdir ki, bu da 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə 5 milyon 101 min manat və ya 108,9 faiz çoxdur.

09.06.2017 08:59

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ