Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Unibank"ın sədri: "2 həftəyə yekunlaşacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Unibank"ın sədri: "2 həftəyə yekunlaşacaq"

"Unibank" ASC-nin nizamnamə kapitalının artırılması ilə bağlı işlər son mərhələdədir. 

 

Reklam_3_11

Bu barədə a açıqlamasında Bankın İdarə Heyətinin (İH) sədri Faiq Hüseynov bildirib. 

 

Onun sözlərinə görə, kapital artımı yaxın 2 həftə ərzində yekunlaşacaq:

 

"Əfsuslar olsun ki, bu məsələ ilə bağlı müxtəlif dövlət qurumlarından icazələrin alınması gözlədiyimizdən çox vaxt apardı. Amma hər şey qaydasındadır, bütün lazımi proseslər gedir. İndi qanunvericiliyə uyğunlaşdırmaq üçün yalnız bankdaxili addımları atmaq qalıb".

 

"Unibank" rəhbəri onu da deyib ki, bank kreditləşdirməni yerli imkanlar hesabına genişləndirmək istəyir: "Hazırda xarici valyutada vəsait cəlb edilməsinin heç bir xeyri yoxdur. Xarici investorlar da manatla kredit vermir. Biz də kreditləşməni daxili bazarın hesabına genişləndirmək fikrindəyik. Əminəm ki, son vaxtlar bank sektorunda aparılan islahatlar kredit vermək üçün manat kütləsinin formalaşmasına imkan verəcək".

 

UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN

 

© Report

09.06.2017 09:29

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ