Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda dollarla əməliyyatların həcmi 2,3 dəfə azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda dollarla əməliyyatların həcmi 2,3 dəfə azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

ƏMƏK HAQQINIZI KART İLƏ ALIN!

Reklam_3_11

 

2017-ci ilin aprel ayında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.

 

Mərkəzi Bankın statistikasına görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə xarici valyuta əməliyyatlarının həcmi 2,12 dəfə  azalıb.

 

Son 1 ildə ABŞ dolları ilə əməliyyatların həcmi 2,25 dəfə azalıb. Başqa sözlə, apreldə  ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 206 mln. 107,3 min ABŞ dolları olubsa, 2016-cı ilin aprelində 463 mln. 257,2 min manat təşkil edib.

 

Bu ilin aprel ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 65 mln. 567,1 min ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 2,91 dəfə azdır. Apreldə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 140 mln. 540,2 min ABŞ dolları alınıb. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,36 dəfə azdır.

 

Bu ilin mart ayı ilə müqayisədə apreldə banklar tərəfindən dollar alışı 52,95% artaraq 140 mln. 540,2 min ABŞ dolları təşkil edib. Bunun əksinə dollar satışı 33,73% dəfə azalıb. Bu məlumatların təhlili göstərir ki, əhali dollar satışını artırıb, alışını isə azaldıb.

 

2016-cı ilin aprel ilə müqayisədə ötən ilin eyni dövrü ilə müqayisədə avro ilə əməliyyatların həcmi isə 32,14% azalıb. Başqa sözlə, bu ilin aprelində avro ilə mübadilə əməliyyatlarının həcmi 42 mln. 183 min avro olubsa, 2016-cı ilin eyni dövründə bu göstərici 62 mln. 166,1 min avro təşkil edib.

 

Apreldə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 18 mln. 397,8 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 1,81 dəfə azdır. Hesabat dövründə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 23 mln. 785,2 min avro alınıb. Bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 17,39% azdır.

 

Bu ilin mart ayı ilə müqayisədə apreldə banklar tərəfindən avro alışı 46,69% artaraq 23 mln. 785,2 min avro təşkil edib. Bunun əksinə avro satışı 6,91% azalıb. Bu məlumatların təhlili göstərir ki, martla müqayisədə apreldə əhali avro satışını artırıb, avro alışında  azalma qeydə alınıb.

 

15 AYLIQ KREDİT GÖTÜR, 12 AYIN FAİZİNİ ÖDƏ!

 

© APA

09.06.2017 15:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ